Ən böyük asteroid Yerə yaxınlaşır

Martın 21-də 2001 FO32 asteroid Yer kürəsinə ən yaxın məsafədən keçəcək.
APA -nın NASA-ya istinadən verdiyi xəbərə görə, 1.25 mln. mil (2 mln. km) məsafədən keçməsi proqnozlaşdırılan səma cisminin 2021-ci ildə Yer kürəsinə yaxınlaşan ən böyük asteroid olacağı proqnozlaşdırılır.Qeyd olunub ki, asteroid yerə 2 mln. kilometrdən daha artıq yaxınlaşmayacaq, bununla belə, elm adamları üçün önəmli araşdırma fürsətləri təqdim edəcək. Bu məsafə isə Yerlə Ay arasındakı məsafədən 5.2 dəfə çoxdur.
“Biz 2001 FO32 asteroidinin Günəş ətrafındakı orbital hərəkətini çox dəqiqliklə bilirik və onu 20 il öncə kəşf edildiyi vaxtdan etibarən izləyirik. Asteroidin yerə 1.25 mln. mildən (2 mln. km) daha artıq yaxınlaşmaq şansı yoxdur. Bununla belə, bu məsafə astronomik baxımdan yaxın sayılır və bu səbəbdən də ona “potensial təhlükəli asteroid” ünvanı verilib”, - deyə NASA-nın Kaliforniyadakı Yaxın Yer Obyektləri Elmləri Mərkəzinin (CNEOS) direktoru Paul Xodas bildirib.
Məlumata görə, Yerə yaxınlaşarkən asteroid saatda 124 min km. sürətlə hərəkət edəcək və bu əksər asteroidlərdən daha sürətli olacaq. Bundan sonra asteroid bir də 2052-ci ildə yerə ən yaxın nöqtədən – 2.8 mln. km məsafədən keçəcək ki, bu da Yerlə Ay arasındakı məsafədən 7 dəfə çox olacaq.
Qeyd edək ki, 2001 FO32 asteroidi 2001-ci ilin martında ABŞ-ın Nyu Meksika ştatının Sokorro şəhərində Linkoln Yaxın Yer Asteroid Araşdırmaları (LİNEAR) proqramı tərəfindən kəşf edilib. Optik hesablamalara əsasən, asteroidin təxminən 1 km. genişliyində olduğu ehtimal edilib. NEOWISE tərəfindən aparılan son araşdırmalar isə 2001 FO32 asteroidinin diametrinin 1 kilometrdən az olduğunu, təxminən 440-680 metr olduğunu göstərib.
Martın 21-də astronomlar asteroidin diametri, albedosu (səthinin parlaqlığı, reflektivliyi və s.), həmçinin tərkibi barədə daha dəqiq məlumat əldə edə biləcəklər. Asteroid orbitini 810 gündə tamamlayır.
Çin hökuməti “təkərli smartfon”lara qadağa qoyur
Niyə hələ də bir saatı 60 dəqiqəyə bölürük? - 5000 illik sirr
İsveçli mühəndislərin özünəməxsus yumoru - FOTO
Sürücülük vəsiqəni təhvil ver, 50 000 al - FOTO
Bəlkə bu ekspozisiya daimi olsun? - FOTOLAR
İctimai nəqliyyatın əsasını qoyan fizik - FOTOLAR
Çində artıq skuterlərə də lidar quraşdırılır
Emin Ağalarovun qızı avtomobil sürdü – VİDEO
Lyukları son 60 ildə niyə premium sinif maşınlara quraşdırılır? - ARAŞDIRMA
600 manata görə təyyarəyə həbs qoyuldu
Bu rəngdə ikinci əl avtomobilləri satmaq daha çətin olur - ARAŞDIRMA










