Ən çox bu insanlar infarkta meyillidir

Avropalı kardioloqlar 20 illik tədqiqatın nəticələrini yekunlaşdırıblar.
Onlar üzdə çoxlu sayda qırışların yaranması ilə infarkt arasında birbaşa əlaqə olduğunu sübut ediblər. Təcrübədə 32-62 yaş arasında olan 3200 insan iştirak edib.
Başlamaq üçün, eksperimentin bütün iştirakçılarına alnındakı qırışların sayından asılı olaraq 0-dan 3-dək ballar verilib. Təcrübənin 20 ili ərzində 233 nəfər ölüb. Onların heç də hamısı ürək-damar xəstəliklərindən ölməyib. Buna baxmayaraq, tədqiqat nəticə çıxarmağa imkan verib.
Belə ki, alnında çoxlu qırışlar olanlar ürək-damar xəstəliklərindən ümumiyyətlə qırışları olmayanlara nisbətən 10 dəfə çox ölüb. Bunun yaş, cins, təhsil, siqaret, qan təzyiqi və müşayiət olunan xəstəliklərdən asılı olmadığı vurğulanır.
Mütəxəssislər bunun oksidləşdirici stresslə bağlı ola biləcəyini irəli sürürlər. Həm dərinin qocalmasına, həm də aterosklerozun inkişafına təsir göstərir. Bəlkə də qırışların görünüşü damarların yaşlanmasının yalnız erkən əlamətidir. (lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












