Ən gözəl qadın polis - FOTOLENT

Bu alman qızı minlərlə internet istifadəçisini valeh edib. “Dayan! Polis!” - Adrienna Koleszar ilə ünsiyyətdə olanların hamısı bu sözləri eşitmək istərdi.
Adrienna dünyanın ən cazibədar qadın polislərindən biri hesab olunur. O, gözəl, güclü və iddialıdır. Təəccüblü deyil ki, artıq yarım milyon insan onu “Instagram”da izləyir.
O, məşqlərə 17 yaşında başlayıb. İlk vaxtlarda öz yaşındakı qızların tipik problemlərindən xilas olmaq istəyib. Qız əlavə santimetrlərdən qurtularaq omba və ayaqlarını məşq etdirib. Hər yeni gələn kimi o da çoxlu səhvlərə yol verib. Adrienna hər gün bədəninə məşqlərlə işgəncə verib, pəhriz saxlamayıb və sözün əsl mənasında hər şeyi yeyib. Lakin sonra o, yanaşmasını dəyişib və əla nəticələr əldə edib.
Əsasən, polis qadın çimərlik paltarında və idman geyimində görünür, “Instagram” izləyicilərini (onların sayı 540 mindən çoxdur) həyat tərzini dəyişməyə və idmanla məşğul olmağa təşviq edir. Drezdendə hər gün polis komissarı işləyən qız fitnes və sağlam qidalanma ilə bağlı məsləhətlər verir. Onun bədəni sadəcə heyrətamizdir!

Koleszar həyatında ən vacib şeyin sağlamlıq və iş arasında tarazlıq olduğunu vurğulayır.

“Polis olmaq təkcə uniforma geyinmək və polis maşını sürməkdən ibarət deyil. Bu iş hər bir qərar üçün məsuliyyət tələb edir. Mənim üçün ən vacib şey başqalarına kömək etməkdir. Nə olursa-olsun,” o, “Instagram” profilində yazır.

Qadın “Almaniyanın ən gözəl polis qadını” seçildikdən az sonra onun “Instagram”da izləyiciləri sürətlə artmağa başlayıb. Görünür, bu, onu karyerasını dəyişməyə sövq edib. Heç olmasa bir müddət.
Koleszar hazırda altı aylıq məzuniyyətdədir və bu məzuniyyətdən beynəlxalq modellik karyerasını davam etdirmək üçün istifadə etmək istəyir.

Adrienna istər formada, istərsə də axşam paltarında fotolar çəkdirsə də, heyrətamiz görünür. Qoy kimsə cəsarət edib desin ki, polis peşəsi qadınlar üçün deyil! (lent.az)


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












