Ər icad etdi, arvad reklamını həyata keçirdi - FOTO - VİDEO

Ər icad etdi, arvad reklamını həyata keçirdi
İllərdir qaz və benzin mühərriklərinin üzərində baş sındıran alman konstruktor Karl Benz 1885-ci ildə daxili yanma mühərrikini araba ilə birləşdirdi və ortaya üçtəkərli nəqliyyat vasitəsi çıxdı. Bu üçtəkərli vasitə 29 yanvar 1886-cı ildə patent aldı. Rəsmi sənəddə nəqliyyat vasitəsinin adı “Benz Patent-Motorwagen” idi, yəni Karl Benzin mühərrikli avtomobili.
Avtosfer.az-ın xəbərinə görə bu, dünyada ilk daxili yanma mühərrikli (DYM) özügedən nəqliyyat vasitəsi hesab olunur (hərçənd fransızlar və ingilislər bu təsnifatla razı deyillər, amma bu başqa müzakirənin mövzusudur).
Cəmi üç ədəd hazırlanmış modeldə müasir avtomobillərdə rast gəlinən detalların əksəriyyəti var idi: şassi, radiator, benzin mühərrik, karbürator, elektrikli alışdırma sistemi və s.
Avtomobil ilk vaxtlar çox da məşhurlaşmamışdı. Bunun üçün ən yaxşı reklamı Benzin arvadı Berta etdi. 1888-ci ilin avqustunda o, uşaqlarını da götürərək ərindən xəbərsiz anasının yanına gedib gəldi. Təbii ki, Pforshaymdan Heydelberqə 104 km məsafəni gedib-gəlmək elə də asan olmadı. O dövrdə benzinin yalnız aptekdə satıldığı üçün qadın dəfələrlə yolda dayandı. Sıradan çıxan detalları da özü təmir etməli oldu. Bu səfər özüyeriyən nəqliyyat vasitəsi ilə ilk ən uzun gediş idi. Berta həm də ilk qadın sürücü hesab edilir. “Mercedes-Benz” şirkətinin sifarişi ilə bu hadisə (Carl & Bertha filmi) ekranlaşdırılıb. Xəbərin sonunda filmdən bir fraqmenti də təqdim edilik.
Avtomobilin texniki göstəriciləri isə belə idi:
Mühərrik həcmi: 980 sm3
Mühərrik gücü: 0,9 at gücü
Transmissiya: zəncir (velosipeddəki kimi)
Sürət: maksimum 16 km/saat
Yanacaq sərfi: təqribən 10 litr
Bu səfər həm Karl üçün reklam oldu, həm də avtomobilin qüsurları ortaya çıxdı. Berta avtomobildə ötürməsistemini təkmilləşdirməyi, həmçinin aşağı ötürmənin tətbiqini təklif etdi. Hər 2 tətbiq bu gün də istifadə edilir.
1893-cü ildə isə artıq ilk dördtəkərli “Mercedes” hazır idi.
NB. Əksər avtomobil konstruktorlarının baş köməkçisi elə öz arvadları olub.
Vüqar
Dünyanın ilk qızılla örtülmüş küçəsi yaradılır - FOTOLAR
Yeni kəşflə avtomobillərin proqram təminatını qarajda güncəlləmək mümkün olacaq - ARAŞDIRMA
Bu ölkədə vəsiqəsiz sürücülərin avtomobili istisnasız müsadirə edilir
ABŞ elektromobil şirkətində qapı tutacaqlarının dəyişdirilməsi Konqresdə müzakirəyə çıxarıldı - FOTO
Dünyanın ən böyük rolkeri suya salındı – 10800 avtomobil tutur
Narkoman sürücülərlə mübarizədə Belçika təcrübəsi: HƏBS, CƏRİMƏ
Elektrikli avtomobilləri 13 il işlətdikdən sonra batareya tutumu 20-25% azalır - ARAŞDIRMA
Dünyanın ən gözəl stüardessaları - SİYAHI - FOTOLAR
120 il əvvəl sürücülər qışda belə geyinirdilər - FOTO
Elektromobillərin batareyasını dəyişdirmək xərci avtomobilin ikinci əl qiyməti ilə eynidir - ARAŞDIRMA
Dəmir yollarında keçən ömür - VİDEO















