Əri və məşuqəsini öpüşən yerdə maşınla vurdu – ŞOK HADİSƏ

Avstraliyanın Brisben şəhərinin sakini ərini və məşuqəsini öpüşən zaman yaxalayıb və onların üstünə avtomobil sürüb. Avtosfer.az xəbər verir ki, bu barədə Daily Mail məlumat yayıb.
38 yaşlı Kristi Li Kennedi ərinin onu aldatdığından şübhələnib. Uşaqları götürmək üçün uşaq bağçasına getdiyini deyəndə qadın iPhone-un tap proqramından istifadə edərək onun marşrutunu izləyib və gizli şəkildə maşınla onun arxasınca düşüb. Küçədə ərinin məşuqəsini öpüb qucaqladığını görən qadın əsəbiləşib, qaza basıb və son anda əyləci basaraq düz onların üstünə gedib. Maşın məşuqəni vuraraq kişini havaya atıb. Bundan sonra Kennedi maşından düşərək qadına hücum edib. Onun üzünə yumruq vurub sonra maşına minərək oradan uzaqlaşıb.
Məhkəmədə şəxsin 3 il müddətinə azadlıqdan məhrum edilməsini istənilib.
Kennedinin vəkili bildirib ki, onun müvəkkili cütlüyü vurmaq niyyətində deyil, sadəcə maşınla tez onlara yaxınlaşıb nə baş verdiyini öyrənmək istəyib.
Hakim qadını iki il sınaq müddəti olmaqla 9 ay şərti cəzaya məhkum edib. Bundan əlavə, Kennedi keçmiş ərinə və onun məşuqəsinə beş min Avstraliya dolları ödəməli olub. Həmçinin doqquz ay sürücülük hüququndan məhrum edilib.
Nurlan Sakitoğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












