Əsrin toyu oldu: 600 milyon xərclənib - FOTOLAR

Hindistanlı milyarder, iş adamı Mukeş Ambaninin 28 yaşlı oğlu Anant Ambaninin və nişanlısı Radika Merçantın uzun müddətdir gündəmdən düşməyən toyu baş tutub.
Dünya mediası toyla bağlı bir çox məlumatlat yayıblar. Mumbay şəhərində baş tutan toya 600 milyon dollardan çox pul xərclənib.
Aylardır hazırlıqları gedən toya Hindistanın və dünyanın bir çox məşhur simaları qatılıb. Aişvayra Ray, “Calm Down” hit mahnısını ifa edən Afrobeats ulduzu Rema, Bill Qeyts, Mark Zukerberq, Mayk Tayson, Jan-Klod Van Damm, Nik Conas, Priyanka Çopra, Britaniyanın sabiq baş naziri Toni Blayer ilə onun xanımı Çerri Blayer və başqaları onlar arasında yer alıb.
Bəy və gəlinin qırmızı xalçaya çıxmasından öncə Mumbay şəhəri süni yağışla isladılıb. Ambaniyə məxsus, 16.000 nəfərlik Jio Dünya Konqres Mərkəzinin ətrafındakı yollar bağlanıb.
Hindistanın ən tanınmış modelyerlərindən biri Maniş Malhotra tədbirin yaradıcı direktoru vəzifəsində çalışıb. Bəy və gəlinin toy ərzində geyindiyi geyimlərin ərsəyə gəlməsi 2 aydan çox zaman alıb və ölkənin ən məşhur modelyerləri tərəfindən dizayn edilib.
İyulun 12-də başlayan toyun bu gün sonuncu günüdür.
Qeyd edək ki, Anant Hindistanlı milyarder Viren Merçantin qızı, 29 yaşlı Radhika Merçantla nişanlıdır. Anant ailəsi “Forbes”in milyarderlər siyahısına daxil edilib. Onların ümumi sərvəti 122 milyard dollar dəyərində qiymətləndirilir.
Martın 1-də üçgünlük toyqabağı məclis keçirilib. Hadisə Camnaqardakı ailə mülkündə baş verib. Ziyafətin əsas qonağı 10 milyon dollar qonorar alan Rihanna olub.
Mənbə: Axşam.az
“Toyota” birinci, “Land Rover” isə... – Ustalar avtomobilləri müqayisə etdi
Yanacaq tankerinin çəni niyə içəriyə çökür? – Səbəbi AÇIQLANDI - VİDEO
Pulunuz olsa belə “Toyota”nın bu maşınını ala bilməyəcəksiniz – Səbəbi isə MARAQLIDIR
Dəniz suyu ilə yuduğu avtomobil zədələndi; şirkəti məhkəməyə verdi
Yeni vağzalda kondisioner olmayacaq - SƏBƏB
Lökbatanda qəfil bitən yol - VİDEO
SSRİ-də belə komfortlu taksi olacaqmış - FOTOLAR
Bu avtomobildən cəmi 30 ədəd istehsal olunacaq – SƏBƏBLƏR
Prezident balaca Gülərin ailəsinə traktor hədiyyə etdi - VİDEO
Ədalət Şükürovun bahalı avtomobilləri – “Maybach” da var... – FOTO
300 manatlıq ayaqyolunu oğurlayanın 30 minlik avtomobili müsadirə olundu























