Ford rəhbəri Çin avtomobili sürür

Bu günlərdə Ford şirkətinin direktoru Cim Farley özünün idarə etdiyi avtomobillə insanların ciddi təəccübünə səbəb olub.
Avtosfer.az xəbər verir ki, baş direktorun elektromobil sərgisinə Xiaomi SU7 avtomobili ilə gəlişi birmənalı qarşılanmayıb. Məlum olub ki, Farley bu maşını yazda gətizdirib və 6 aydan çoxdur onu istifadə edir.
Direktor jurnalistlərə bildirib ki, bazardakı rəqibi tanımaq üçün ən yaxşı üsul elə budur. Hansısa texniki məlumatları öyrənməklə məsələ bitmir.
Əslində bu addım tarixdən dərs çıxarmaq kimi başa düşülməlidir. 70-80-ci illərdə Yaponiya şirkətləri bazara daha ucuz, komfortlu və qənaətcil maşınlar çıxaranda ABŞ-li istehsalçılar bunu ciddi qəbul etmədilər. Səbəb öz keyfiyyətlərinə ifrat arxayınlıq idi. Lakin əvvəlcə Toyota, sonra isə Honda və Nissan ABŞ avtomobillərinin bazar payının böyük hissəsini onların əlindən aldı. Reallığı başa düşdükdə isə artıq gec idi. Bu gün hər 3 yapon istehsalçı dünya bazarında öz yerini tutub.
Vüqar Yaşaroğlu
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?
Elektrikli avtomobillərə minənlər niyə özlərini pis hiss edir? – ARAŞDIRMA
ABŞ Çinin yerli təyyarə istehsalı planına mane olur
Sürücülərin illərdir inandığı fikir dəyişir: Avtomat maşınlar daha çox yanacaq sərf etmir
Türkiyədə sürücü "Lamborghini"sini atıb qaçdı: Polis onu kolluqda tapdı - FOTO
“Bolt” Bakıda keçirilən daha bir beynəlxalq tədbirin tərəfdaşıdır – AÇIQLAMA - VİDEO
Gömrükdə qeyri-adi hadisə: Qaçaqmalçılı göyərçin tutuldu - FOTO












