Fransada evakuator korrupsiyası: Polislər necə ələ alındı? - FOTO

İllərdir parisli sürücülərin kabusuna çevrilən evakuator şirkətinin əməlləri ifşa edilib.
Avtosfer.az-ın Fransa KİV-ə istinadla xəbərinə görə, Parisdə fəaliyyət göstərən “Inter Depannage” şirkətinin işini prokurorluq araşdırır. Şirkətin 1 ildə 4 cərimə meydançasına 250 000 avtomobil gətirməsi şübhə doğurub. Təhqiqat zamanı məlum olub ki, bir livanlının qurduğu şirkətin böyüməsinin kökündə korrupsiya dayanır.
Sürücülərin də narazılığının artması təhqiqatda əks olunub. Məlum olub ki, çox vaxt qanuni şəkildə park edilən avtomobillər də götürülüb.
Şirkətin rəhbəri Şəfiq Əlvan polisləri bahalı hədiyyələrlə ələ alıb. O, polis avtomobillərinin təmir xərcini üzərinə götürüb, yüksək rütbəli polislərə xidməti maşın ayırıb.
Təhqiqat zamanı şirkətdə sosial sığortaların ödənilmədiyi, qorxu rejimi hökm sürdüyü üzə çıxıb. Məlum olub ki, evakuator sürücülərindən 7 nəfərin sürücülük vəsiqəsi yoxdur. Onların idarə etdiyi nəqliyyat vasitələri isə ümumiyyətlə qeydiyyatda deyil.
Şirkətin nağd pul qazanma mexanizmi də sadədir: Təxliyə zamanı sürücü gəlib çıxırsa, sanballı ödəniş edərək avtomobili evakuatordan düşürə bilirdi. Cərimə meydançasındakı avtomobili rəsmiləşdirmədən çıxarmaq da qazanc mənbələri arasında olub.
Təhqiqatın nəticəsi olaraq şirkətin rəhbəri və 2 yüksək vəzifəli polis saxlanılıb.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO













