Fransanın tərk edilmiş kilsələri satışa çıxarılır - FOTOLAR
Fransa parlamentinin bədnam qərarlarında Azərbaycandakı erməni dini irsinin qorunması üçün Fransa hökumətindən hərəkətə keçmək tələb olunur. Avtosfer.az xəbər verir ki, bu, əslində birinci dəfə deyil. Hələ çox da uzaq olmayan işğal dövründə də rəsmi Paris Azərbaycandakı erməni dini irsi ilə bağlı narahatlığını dilə gətirib. Bəs Fransanın özündə, fransız katolik dini irsinə münasibət necədir?
Konstitusiyasına görə, Fransa dünyəvi respublikadır. Bu prinsipə görə, dövlət hansısa dini icmaya maliyyə dəstəyi göstərə bilməz. Lakin dini abidələrin bərpası dünyəvilik prinsipinin pozulması anlamına gəlmir. Başqa sözlə, dövlət kilsənin, məscidin, sinaqoqun, hətta buddist məbədin də təmirinə pul ayıra bilər.
Lakin Fransada baxımsızlıqdan xaraba qalmış çox sayda kilsə var. Tərk edilmiş kilsələr ya uçub dağılır, ya da fiziki şəxslərə satılaraq təyinatı dəyişir.
Maraqlıdır ki, bunların əksəriyyəti orta əsrlərin memarlıq inciləridir. Bu gün Kan şəhərindəki Müqəddəs Etyen kilsəsi parkinq kimi istifadə edilir. 1944-cü ildə düşən top mərmisi kilsənin bir hissəsini dağıtsa da 70 ildən çox müddətdə heç kim buranı bərpa etmək niyyətində deyil.
Hələ bu harasıdır. 1789-cu il Fransa inqilabından bəri qapısı bağlı qalıb taleyin ümidinə tərk edilən kilsə var.
Vətən müharibəsi zamanı erməni təxribatı nəticəsində zədələnən Qazançı kilsəsi (Şuşa) bu gün Azərbaycn dövlətinin hesabına bərpa olunur. Bakının mərkəzindəki ermıəni kilsəsi də ciddi mühafizə olunur.
Öz kilsələrini mühafizə etməyən ölkənin bizə nəyisə irad tutmasının adı nədir? Cavabı hər kəsin ixtiyarına buraxıram.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












