Fransız yazıçının insan dərisi ilə cildlənmiş kitabı ilə bağlı qərar

Harvard Universiteti kitabxanalarından birində 90 ildən çoxdur saxlanılan qədim kitabın cildindən insan dərisinin çıxarıldığını açıqlayıb.
Söhbət XIX əsrə aid “Des Destinées de l'Ame” (“Ruhun taleyi”) kitabından gedir.
Universitet kitabın keçmiş uğursuzluqları daha da obyektivləşdirdiyini və insan ləyaqətinə xələl gətirdiyini bəyan edib.
Bildirilib ki, məsələ ilə bağlı Fransa səlahiyyətliləri ilə məsləhətləşmələr aparıldıqdan sonra kitabın cildi çıxarılıb.
Qeyd edək ki, fransız yazıçı Arsen Hussayenin qələmə aldığı, "ölümdən sonrakı həyat haqqında meditasiya" hesab edilən kitabın nüsxəsi 2014-cü ildə mərhum bir qadının dərisinə bürünmüş vəziyyətdə tapılıb. Harvard həmin vaxt bu kitabı "antropodermik bibliopegiya həvəskarları, bibliomanlar üçün yaxşı mənbə” adlandırıb.
Məlumata görə, kitabın ilk sahibi doktor Lüdovik Buland olub. O, dərini işlədiyi xəstəxanada ürək tutmasından vəfat edən, ruhi xəstə qadının bədənindən əldə edib. “İnsan ruhu haqqında bir kitab insan örtüyünə layiq idi”, - Buland Hussayeyə deyib. (Publika.az)
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF












