Gələcəkdə diriltmək üçün ölünü dondurdular - FOTO

Avstraliyada illər sonra yenidən həyata qayıtmaq ümidi olan insan mənfi 200 dərəcə şaxtada dondurulub. Yenisabah.az xəbər verir ki, Avstraliyadakı “Southern Cryonics” şirkəti 80 yaşlarında bir kişini müvəffəqiyyətlə dondurduqlarını açıqlayıb.
Şirkətin sahibi Filip Roades bu prosesin çox gərgin keçdiyini, müxtəlif günlərdə edilməli olan bir sıra prosedurların olduğunu, düzgün hazırlanmasa, çox şeyin səhv gedə biləcəyini bildirib. Mayın 12-də dünyasını dəyişən, lakin adı açıqlanmayan 80 yaşlı kişiyə “dondurma” əməliyyatı icra edilib. Proses ölümündən dərhal sonra başlayıb.
Qocanın cəsədi xəstəxananın soyuq otağına aparılaraq buzla doldurulub.
Mütəxəssislər qocanın cansız bədənindəki hüceyrələri qorumaq üçün meyitə xüsusi maye vurublar. Daha sonra cəsəd quru buzla örtülərək mənfi 80 dərəcə selsi olan yerə yerləşdirilib.
Bu prosedurlardan sonra kişinin cəsədi “Southern Cryonics” şirkətinə gətirilib. O, vakum saxlama kamerası kimi xidmət edən xüsusi çənə yerləşdirilməzdən əvvəl temperatur mənfi 200 dərəcə selsiyə endirilib.
Qeyd edək ki, şirkət bu əməliyyat üçün ilk müştərisindən təxminən 160 min dollar ödəniş alıb.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












