Gələn il Günəş və Ay beş dəfə tutulacaq

2019-cu ildə 3 Günəş və 2 Ay tutulması baş verəcək. Sputnik Azərbaycan Azərbaycan Milli Elmlər Akademiyasının Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasına istinadla xəbər verir ki, günəş tutulmaları qismən, tam, həlqəvari baş verəcək. İlk qismən tutulma yanvarın 6 –da saat 03.34 –də baş verəcək və 07.49-a qədər davam edəcək. Tutulma şimal-şərqi Asiya, Sakit Okenın şimal hissəsi, Vladivostok, İrkutsk, Maqadan, Ulan bator, Pekin və s. müaşhidə ediləcək. İkinci tam günəş tutulması 02-03 iyul yerli saatla 20.55 də baş verəcək və 01.50-yə qədər davam edəcək. Tutulma Sakit Okeanın cənub hissəsi, Cənubi Amerika, Tam tutulma Çili, Argentina Və Sakit oken cənubunda müşahidə ediləcək. Üçüncü həlqəvari tutulma isə 2019-cu il dekabrın 26-da saat 06.30 –da baş verəcək və 12.06 –ya qədər davam edəcək. Bu əsasən Asiya- Avstraliya, Səudiyə Ərəbistan, Hindistan, Sumatra, Borneoda görüləcək. Bakıda 08:03-dən 08:52-yə qədər səhər tezdən Günəş doğan ərəfədə üfüqə yaxın yerdə izləmək olacaq. 2019-cu ildə iki ay tutulması baş verəcək. Bu tutulmalar Azərbaycan ərazisində müşahidə olunmayacaq.
Bunlardan biri tam tutulma 21 yanvarda 07.34 –də başlyıb 10.51-ə qədər davam edəcək. Tam tutulma 1 saat 2 dəq. çəkəcək. Mərkəzi sakit okean, Amerika, Afrika, Avropada müşahidə olunacaq. Ayın qismən tutulması isə iyulun 17-də saat 00.03-də başlayıb 02.59-a qədər dvaam edəcək. Tutulma Azərbaycanda müşahidə olunmayacaq. Cənubi Amerika, Avropa, Afrika, Asia, Avstraliya görünəcək.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












