Gəmilər üçün yeni yanacaq istehsalına başlanılır; qiyməti də ucuz olacaq - ARAŞDIRMA

Dizel yanacağını əvəz edəcək alternativlər arasında önə çıxan ammonyakla bağlı vacib irəliləyiş əldə edilib.
Avtosfer.az xəbər verir ki, Yaponiya Mühərrik Korporasiyası (J-ENG) tamamilə ammonyakla işləyən ilk kommersiya dəniz mühərrikini uğurla hazırlayıb və mühərrik artıq ölkənin təsnifat qurumu “ClassNK” tərəfindən sertifikatlaşdırılıb. Onun 2026-cı ildə gəmiçilikdə istifadəyə veriləcəyi gözlənilir.
Bu mühərrikin tətbiqi ammonyakın hidrogenlə rəqabətdə üstün mövqeyə çıxa biləcəyini göstərir. “J-ENG” mühərrikinin 2026-cı ildə qazla işləyən bir gəmiyə quraşdırılması sıfır emissiyalı dəniz daşımalarında yeni mərhələnin başlanğıcı hesab olunur.
Sənayedə aparılan təhlillərə görə, ammonyak uzunmüddətli perspektivdə hidrogeni belə üstələyə bilər. Mütəxəssislər bildirirlər ki, böyük tonnajlı gəmilər üçün ammonyak mühərriklərinin ümumi xərci (TCO) adi dizel yanacağı ilə müqayisədə cüzi fərqlənə bilər. Bununla belə, bəzi ssenarilərdə 2030–2050-ci illərdə xərclərin yüksək olması ehtimalı da istisna edilmir.
Hidrogen yanacağının isə yüksək qiymətə malik olması (təxminən 4 dollar/kq), həmçinin aşağı enerji sıxlığı səbəbindən dəniz daşımalarında “TCO”nu kəskin artırdığı bildirilir. Rəqabət üçün hidrogenin qiymətinin 2 dollar/kq səviyyəsinə düşməsi tələb olunur.
Ekspertlər ammonyakın mövcud kimyəvi infrastrukturla uyğunluğunu onun əsas üstünlüklərindən biri kimi dəyərləndirirlər. Proqnozlara görə, xüsusilə karbon tutma texnologiyası ilə istehsal olunan mavi ammonyak 2037-ci ildən etibarən “LNG”ni də geridə qoyaraq ən rəqabətli dəniz yanacağına çevrilə bilər.
Beynəlxalq Dəniz Təşkilatının (IMO) 2030 və 2050-ci illər üçün açıqladığı sıfır emissiya hədəfləri gəmi sahiblərini alternativ yanacaqlara keçidi sürətləndirməyə məcbur edir. Lakin ammonyakın geniş tətbiqi üçün infrastrukturun məhdudluğu və yanacağın toksikliyi hələ də ciddi çətinlik olaraq qalır.
Ümumilikdə, “J-ENG”in hazırladığı bu mühərrik ammonyakın uzun məsafəli dəniz daşımaları üçün real alternativə çevrilməkdə olduğunu göstərir. Hidrogen isə daha çox qısa məsafəli və ultra təmiz tətbiqlər üçün nəzərdən keçirilir.
Eltac Zülfüqaroğlu
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
Sürücülərin illərdir istifadə etdiyi bu detal avtomobillərdən çıxarılır












