Gəmilərin ekoloji təmiz yanacağa keçməsinə nə mane olur?

Karbon neytrallığı, daha doğrusu ekoloji təmiz yanacağa keçid təkcə avtomobillərlə məhdudlaşmır. Dəniz nəqliyyatı da istixana qazlarının yaranmasında kifayət qədər böyük rola malikdir. Lakin buradakı keçid avtomobil nəqliyyatından daha çətindir. Bunun üçün milyardlarla dollar tələb olunur. Bəs bu keçid qlobal iqtisadiyyata və gəmiçilik şirkətlərinə necə təsir edir?
Avtosfer.az xəbər verir ki, BMT-nin İnkişaf Proqramının (BMTİP) yeni hesablamasına görə, dəniz nəqliyyatında istixana qazlarının sıfıra endirilməsi üçün 2050-ci ilədək milyardlarla dollar sərmayə lazımdır. Yer kürəsində hər il hasil olunan istixana qazlarının 3%-i bu nəqliyyatın payına düşür.
Lakin bir məqam da yaddan çıxmamalıdır. Qlobal ticarətin 80%-i gəmi nəqliyyatı ilə reallaşır. Bunun başlıca səbəbi gəmilərin daha ucuz qiymətə böyük yükləri daşımağa imkan verməsidir.
Qloballaşma nəticəsində istehsal yerləri və bazarlar bir-birindən aralı düşdüyü üçün dəniz nəqliyyatının əhəmiyyəti ciddi şəkildə artıb. Bunun nəticəsində son 10 ildə gəmilərin buraxdığı istixana qazlarının həcmi 12% artıb. Bu səbəbdən beynəlxalq təşkilat keçidin çoxmərhələli olmalıdır.
Lakin xərclər də çoxdur. Gəmilərin yenilənməsinə hər il təxminən 20 milyard dollar vəsait lazımdırsa, infrastruktur layihələri ildə 90 milyard tələb edir.
Üstəgəl, karbon neytrallığına nail olmaq üçün gəmilərin yanacaq xərci də illik olaraq 70-100% arası artacaq. Hazırda gəmilərin 99%-i ənənəvi Dizel yanacağının daha ucuz növləri ilə işləyir.
Ekoloji təmiz nəqliyyata keçid gəmiçilik şirkətlərinin də gələcəyi planlamasını çətinləşdirir. Bu məsələyə görə onlar yeni gəmilərin alışını minimuma endirib. Son nəticədə qlobal miqyasda yük donanması sürətlə qocalır. Bu gün yük gəmilərinin orta yaşı 22 ili ötüb. Halbuki, 6 il əvvəl göstərici 15 il idi.
Vüqar
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF
Avtomatik maşınlarda bu düymənin nə işə yaradığını bilirsiniz? – ARAŞDIRMA










