Gəzinti və idmanın sağlamlığa faydalarını müqayisə edilib

Orta dərəcədə sürətli gəzinti və idman ürək üçün eyni dərəcədə faydalıdır.
“Report” xəbər verir ki, bu barədə “JAMA Internal Medicine” jurnalında dərc olunan araşdırmada qeyd edilib.
Qeyd edilir ki, gəzərkən həm addımların sayına, həm də gəzinti müddətinə diqqət yetirmək olar.
Dünya Səhiyyə Təşkilatı 64 yaşdan yuxarı insanlara həftədə 150-300 dəqiqə orta dərəcədə aerobik fəallığı tövsiyə edir. Bu cür yük ürək döyüntüsünü bir az artırmalıdır. Lakin alternativ fəaliyyət hədəfi tez-tez istifadə olunur – dəqiqələrin sayı yox, gündə 10 min addım atmaq. Yeni araşdırma bu yanaşmaları müqayisə edib.
Alimlər yaşı 62-dən çox olan 15 min qadının tibbi məlumatlarını təhlil ediblər. Onların hər biri fəaliyyətlərinin izlənilməsi üçün budlarına cihaz taxıblar. Məlum olub ki, gündəlik 8 000 - 8 500 addım atmaq 3 min addımla müqayisədə ürək-damar xəstəlikləri riskini 40 % azaldıb. Eyni risk azalması həftədə 200 dəqiqə gəzinti və ya məşq (qaçış, tennis, futbol, üzgüçülük, velosiped sürmə) sərf edənlərdə də müşahidə olunub.
Bu o deməkdir ki, fiziki fəaliyyət səviyyəsini, o cümlədən gəzinti ilə bağlı dəqiqələri və ya atılan addımları necə izləməyinizdə heç bir fərq yoxdur. Hər hansı bir hərəkətlilik faydalıdır və buna görə insan istədiyi hədəfi təyin edə bilər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












