"Google" süni intellektlə işıqforları idarə edəcək - VİDEO

"Google" süni intellekt və "Google Xəritə" məlumatlarından istifadə edərək nəqliyyat sıxlığını və emissiyaları azaltmaq üçün nəzərdə tutulmuş "Yaşıl İşıq" layihəsini işə salıb.
Layihənin məqsədi avtomobillərin kəsişmələrdə dayanması və sürətlənməsi nəticəsində yaranan çirklənməni azaltmaqdır.
Süni intellekt trafik axınlarını, gözləmə vaxtlarını və svetoforun vaxtını təhlil edərək təkmilləşdirmələr təklif edir. Bunlardan biri də qeyri-pik saatlarda qırmızı işıqların müddətini azaltmaqdır.
Bu tövsiyələr mövcud infrastrukturdan istifadə etməklə bir neçə dəqiqə ərzində həyata keçirilə bilər.
Təşəbbüs artıq Rio-de-Janeyro, Sietl, Banqalor və Boston kimi şəhərlərdə sınaqdan keçirilib. "Google" dəyişikliklərin təsirini izləyən tövsiyələr və təhlillər olan tablosunu təqdim edib.
Bildirilir ki, texnologiya ayda 30 milyon səfər üçün yanacaq sərfiyyatını və tullantıları azaldır, həmçinin dayanmaları 30%-ə endirir. (Redaktor.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












