Google Xəritə (Google Maps) nədir?

Bu gün ağıllı smartfonlar və planşetlər sayəsində həm internetə, həm də müxtəlif tətbiqlərə daxil olmaq həyatımızı çox asanlaşdırır.
Avtosfer.az-ın məlumatına görə, bu tətbiqlərdən istifadə etməklə biz hava şəraitini öyrənə, bank əməliyyatlarını apara və bir çox digər oxşar işləri praktik şəkildə yerinə yetirə bilərik. Tez-tez istifadə olunan mobil tətbiqlərdən biri də Google Xəritədir.
Demək olar ki, hər kəsin smartfonunda tapılan tətbiqlərdən biri olan Google Xəritə daha çox naviqasiya məqsədləri üçün istifadə edilir. Bundan əlavə, istifadəçilər dünyanın bütün hissələrini 3D-də görmək funksiyası sayəsində özlərini orada səyahət edirmiş kimi hiss edə bilirlər.
Google xəritələr nə edir?
Ümumiyyətlə, bir yerə gedərkən istiqaməti tapmaq üçün istifadə edilən tətbiq təyinat yerinə ən qısa marşrutu hesablayır. İstifadəçilər alternativ marşrutlar arasından özlərinə uyğun olanı seçə bilərlər.
3D naviqasiya
3D təsvirdə naviqasiya etmək istəyən istifadəçilər barmağını ekranda sola-sağa, yuxarı-aşağı çəkə və ya kompasdan istifadə edə bilərlər. Tətbiq landşaft rejimində daha geniş görünüş təklif edir.
Məkan paylaşımı
Tətbiq sizə cari yerinizi başqaları ilə paylaşmağa imkan verir. Biri ilə görüşərkən son dərəcə praktik olan bu xüsusiyyət sayəsində anında məkan paylaşımı edilə bilər. Linkə klik edən insanlar yeri müəyyən müddətə və ya qeyri-müəyyən müddətə görə bilər.
ted.az
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












