“GTA V” və “Fortnite” kimi oyunlar artıq “Mercedes” modellərində

“Mercedes-Benz” bəzi yüksək səviyyəli oyunlar təklif edən bulud oyun platforması “Boosteroid” ilə müqavilə imzalayıb.
Avtosfer.az xəbər verir ki, avtomobil nəhəngi “Mercedes-Benz”, oyun dünyasının aparıcı bulud platformalarından biri olan “Boosteroid” ilə əməkdaşlıq edərək avtomobillərdə oyun təcrübəsini növbəti səviyyəyə qaldırır.
Bu maraqlı müqavilə ilə “Mercedes-Benz” avtomobil sahibləri avtomobillərində onlarla müxtəlif oyunu oynamaq imkanı əldə edəcəklər.
“Mercedes” gələn ildən başlayaraq “Boosteroid” provayderi ilə işləməyi və oyun provayderinin tətbiqini “MBUX Entertainment Package Plus”a inteqrasiya etməyi planlaşdırır.
Fasilə zamanı vaxt keçirmək üçün üz tuta biləcəyiniz bulud oyun provayderinin kataloquna “GTA V”, “Hogwarts Legacy”, “Red Dead Redemption 2”, “Elden Ring”, “Fortnite”, “Roblox” və “Rocket League” kimi bir çox oyun daxildir.
(lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












