Günəş qasırğaları Yer kürəsini təhdid edir: Elektriklə bağlı ciddi problemlər yarana bilər

Astronomlar həyəcan təbili çalırlar - yaxın günlərdə və həftələrdə Yeri güclü günəş qasırğaları gözləyir.
Avtosfer.az-ın Oxu.az-a istinadən xəbərinə görə, bu barədə "Independent" nəşri yazıb.
Məlumata görə, Günəşin aktiv hissəsi planetimizə doğru çevrilib ki, bu da parlaq qütb parıltısına və enerji sistemlərində pozulmalara gətirib çıxara bilər. NASA-nın rəsədxanası yeni günəş ləkələri bölgəsindən olan və X2.7 kimi təsnif edilən 2025-ci ilin ən güclü partlayışını qeydə alıb.
ABŞ Milli Okean və Atmosfer Administrasiyasının (NOAA) məlumatına görə, partlayış artıq Yaxın Şərqdə elektrik enerjisinin kəsilməsinə səbəb olub və radio rabitəsini 10 dəqiqəlik pozub.
Hazırda Günəş 11 illik aktivlik siklinin pikindədir və bu, Günəş maksimumu kimi tanınır. Maqnit qütblərinin dəyişməsi səbəbindən ulduz qeyri-sabit olur, partlayışlar və tac kütləsinin atılmasına gətirib çıxarır. Bu hallar radio rabitəsi, elektrik şəbəkələri, naviqasiya və kosmik aparatların təhlükəsizliyi üçün təhdid yarada bilər. Beş Günəş ləkəsi zonasından ibarət aktiv Günəş bölgəsi indi Yerə doğru yönəlib.
Böyük Britaniyanın "Met Office" meteoroloji xidməti Günəşin cənub-şərqində yeni bir maqnit-unipolyar (birqütblü) bölgənin meydana gəldiyini qeyd edib. Mütəxəssislər proqnozlaşdırırlar ki, AR4087 ləkəsi Yer kürəsi ilə uyğunlaşdıqda güclü qütb parıltıları yarada bilər. Kosmik fotoqraf Vinsent Ledvina vurğulayıb ki, Günəşin aktivliyi artmaqdadır və bu da heyrətamiz təbiət hadisələri vəd edir.
Qısa məsafələrdə bu mühərriklər daha çox xərc yaradır – ARAŞDIRMA
Yanacaq böhranına görə İsveçrədə sürət həddi aşağı salınır
Ən çox təyyarə istehsal edən ÖLKƏLƏR
Azərbaycanda bu sürücülərə avtomobil idarə etmək qadağan oluna bilər
Türkdilli ölkədə bütün rayonlar ləğv edilir
Yağışlı havalar sürücülərə hansı çətinlikləri yaradır? - SORĞU
Elektromobillər üçün enerji doldurma problemi necə həll oluna bilər? – TƏKLİF – VİDEO
Yeni təkərlərin üzərindəki sarı və qırmızı nöqtələr nə deməkdir? – ARAŞDIRMA
Trampın Netanyahuya dəstəyi seçkilərdə əks nəticə verə bilər – POLİTOLOQ
14 il sonra Serbiyada hakimiyyət dəyişdi: Tələbə hərəkatı dövləti necə idarə edəcək?
Bakının svetoforları kütləvi elektrik kəsintisinə hazırdırmı? - ARAŞDIRMA












