Günəş sistemində yeni, nəhəng səma cismi kəşf edildi - FOTO

Günəş Sistemi ilə bağlı Kembric universiteti və Beyrutdakı Amerika universitetinin tədqiqatçıları yeni hipotez irəli sürüblər.
Avtosfer.az ölkə.az-a istinadən xəbər verir ki, alimlərin fikrinə əsasən, Günəş Sisteminin dərinliyində buzlu səma cisimlərindən ibarət böyük disk var.
Onların fikrinə görə, Günəş Sistemini əhatə edən Koyper qurşağındakı bəzi obyektlərin çıxıntılı orbitləri ilə bunu izah etmək mümkündür. Bir müddət əvvəl isə alimlər bu cisimlərin hərəkət trayektoriyasındakı anomaliyanı sirli doqquzuncu planetlə izah edirdilər.
Plutondan da uzaqda yerləşən doqquzuncu planet barədə hipotez ilk dəfə 2016-cı ildə Kaliforniya texnologiya institunun alimləri irəli sürüblər.
Astronomların fikrinə əsasən, qaz nəhənginin kütləvi təsiri Koyper qurşağındakı çıxıntılı orbitləri olan səma cisimləri ilə izah edilə bilər. Koyper qurşağı yüz minlərlə buz cisimlərdən ibarətdir və onların bəzilərinin elliptik çıxıntılı orbitləri var. Bu günə qədər 30-a yaxın belə anomal səma cismi kəşf edilib. Doqquzuncu planet hipotezi isə bu günə qədər təsdiqlənməyib.
Alimlər isə qeyd ediblər ki, çıxıntılı orbitlərə təsir edən planet yox, disk şəklində çoxsaylı buz cismi ola bilər.


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












