Hər 71 ildən bir Yerə yaxınlaşan kometa səmada görünüb

İnsanlar hər 71 ildə bir dəfə Yer kürəsinin yaxınlığından keçən kometanı durbin və kiçik teleskoplar vasitəsilə görə bilib.
Avtosfer.az “Azərtac”a istinadla xəbər verir ki, astronomlar 12P/Pons-Brooks adlı kometanın daha da parlaqlaşdığını və səmanı seyr edənlərin yaxın həftələrdə onu adi gözlə belə görə biləcəyini bildiriblər.
Mərkəzi Lankaşir Universitetinin astrofizika doktoru Meqan Arqonun sözlərinə görə, kometa vaxtaşırı parlaqlığını artıraraq bir neçə dəfə aktivlik nümayiş etdirib. Bu göy cisimləri əsasən toz, qaya və buzdan ibarət olur. Astronomlar onları nəhəng çirkli qartopuna bənzədirlər.
Kometa onu kəşf edən Cen Luis Pons və Viliam Robert Bruksun şərəfinə 12P/Pons-Brooks adlandırılıb. O, vaxtının çox hissəsini Günəş sisteminin çox soyuq olan yerlərində keçirir. Hər 71 ildən bir Günəşə nisbətən yaxınlaşdığı üçün dövri kometa hesab olunur. Bu göy cismi adətən Andromeda qalaktikasının aşağısında və bir qədər solunda görünür.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












