Həyatın kosmik mənşəli olması sübut olundu

NASA alimləri ilk dəfə olaraq laboratoriyada kosmik mühit şəraitini yaradaraq DNT-nin tərkib hissəsi olan dezoksiriboza əldə ediblər. Avtosfer.az-ın oxu.az-a istinadən xəbərinə görə, araşdırmaların nəticələri göstərir ki, həyatın mövcud olması üçün gərəkli olan orqanik molekullar əvvəlcə kosmosda yaranıb və daha sonra kometlərlə birlikdə Yer kürəsinə düşüb. Bu haqda “Science News” nəşri məlumat verir. Mütəxəssislər su və metanol qarışığını vakuum kamerasının içərisində -270C-yə qədər soyudublar. Bundan sonra onlar əldə olunan buzu ultrabənovşəyi şüalanmaya verərək ulduzlararası qaz və toz mühiti yaradıblar. Kimyəvi analizlərin nəticələri göstərib ki, dondurulmuş suda və spirtdə dezoksiriboz şəkəri, həmçinin əvvəlki sınaqlar zamanı əldə edilmiş digər karbohidratlar yaranıb. Məlumdur ki, şəkər kometlərin tərkibində olan formaldehidlə kimyəvi reaksiya nəticəsində yarana bilər. Lakin alimlər indiyə qədər əvvəllər əldə etdikləri birləşmələrdən daha az oksigen atomuna malik dezoksiribozanı əldə edə bilməmişdilər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












