Hündürlüyü 2 km olan göydələn tikiləcək

Səudiyyə Ərəbistanı Suveren Fondu (PIF) dünyada ən hündür binadan - BƏƏ-nin Dubay şəhərindəki 828 metrlik "Burj Khalifa"dan iki dəfədən çox hündür olan göydələn ucaltmaq niyyətindədir.
PIF Ər-Riyadın şimalında sahəsi 18 kvadratkilometr, hündürlüyü 2 kilometr olan bina tikilməsi planını nəzərdən keçirir.
Podratçılar layihənin dəyərini təxminən 5 milyard dollar məbləğində qiymətləndirir. Hazırda bir milyon dollar ödənişlə tender keçirilir. Müsabiqədə iştirak edən podratçılar arasında Amerikanın bir neçə şirkətləri iştirak edir.
Məlumata görə, 2022-ci ilin noyabrında krallığın şimal-qərbində uzunluğu 120 km və hündürlüyü 490 metr olan "Mirror Line" meqapolisinin tikintisinə başlanılıb.
Hazırda ölkədə ən hündür bina Məkkədə Abrac əl-Beit binalar kompleksinin bir hissəsi olan Kral Saat Qülləsidir. Onun hündürlüyü 601 metrdir. (oxu.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












