“Hyundai” insanlara xidmət göstərən robot istifadəyə verib

"Hyundai" şirkəti süni intellekt əsasında hazırlanmış və mağaza, salon, muzey və bir çox başqa müəssisələrdə ziyarətçilərə kömək edə bilən "DAL-e" robotunu təqdim edib.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, 25 yanvar tarixində "DAL-e" robotu "Hyundai Motor"un yeni salonunda ilk işinə başlayıb. Xoş görünüşə malik robot ziyarətçiləri salamlayacaq və onların suallarını cavablandıracaq. Üztanıma sisteminə malik "DAL-e" robotu bu və ya digər insanları tanıya bilir, ən müxtəlif müəssisə və ictimai yerlərdə xidmət edən personala köməkçi düşünülüb.
Qurğunun çəkisi 80 kq-dır. Robot böyük emalatxana və ya ictimai qida müəssisələrində hərəkət edə bilir. Onu asanlıqla proqramlaşdırmaq mümkündür.
Robot mağazanın girişində yerləşdirilə bilər, burada içəri daxil olan insanların suallarına cavab verəcək, hətta maskasız içəri daxil olmaq istəyənləri aşkar edərək onlara maska taxmağı tövsiyə edəcək. "Hyundai" yaxın zamanda insanları "ağıllı" qurğularla əvəz etməyi planlaşdırmır, amma koronavirus epidemiyası zamanı onların faydasını inkar etmir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












