II Elizabetin bu həvəsi kişiləri MAT QOYUR - FOTO - VİDEO

Böyük Britaniya kraliçası II Elizabet bir çoxları üçün ideal xanım olub. Onun adı heç vaxt qalmaqallarda hallanmayıb. Kraliça digər dövlət başçıları ilə dost münasibətlərini qoruyub saxlamağı bacarıb. Bütün xidmətçiləri onun heyvanlara, xüsusən də "korgi" cinsindən olan itlərə və atlara qarşı sevgisini xatırlayır.
Avtoser.az big.az-a istinadən II Elizabetin çox az adamın bildiyi hobbisindən danışmaq istəyir.
Belə ki, Kraliça maşın sürməyi çox sevib. Hələ İkinci Dünya Müharibəsi dövründə o, ərazi müdafiəsində xidmət edib və burada yalnız sərnişin avtomobili üçün deyil, eləcə də yük maşını üçün sürücülük vəsiqəsi alıb.
1998-ci ildə Kraliça Səudiyyə Ərəbistanı şahzadəsi Abdullahıda öz bacarıqları ilə təəccübləndirə bilib.

Şotlandiyada keçirilən təntənəli tədbirdən sonra o, şeyxi özünün "Land Rover"ində gəzdirib.
II Elizabet yolsuzluq avtomobilini ustalıqla idarə edib.
Bu maşınla Şotlandiyadakı malikanənin ətrafında dolanarkən mat qalan şahzadə Kraliçadan yavaş sürməyi xahiş edib. Onun öz ölkəsində həmin dövrdə qadınların avtomobil sürməsi ümumiyyətlə qadağan olub.
Xatırladaq ki, Britaniya Kraliçasının ölümü barədə sentyabrın 8-də elan olunub. II Elizabet, Şotlandiyada yerləşən Balmoral qəsrində, 96 yaşında vəfat edib. Daha sonra onun nəşi Londona aparılıb və elə orada sentyabrın 19-da dəfn olunub. II Elizabet Britaniya tarixində ən çox hakimiyyətdə qalan hökmdar olub: 70 il, 7 ay.
Birləşmiş Krallığın yeni kralı Kraliçanın böyük oğlu, III Karl adını qəbu edən 73 yaşlı Çarlz olub.

3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












