İki nəhəng teleskopdan alınan möhtəşəm kosmik görüntülər yayımlanıb - FOTO

NASA əməkdaşları “James Webb” (JWST) və “Hubble” teleskopları tərəfindən çəkilən şəkilləri təqdim ediblər. Kadrlarda “VV 191” kimi tanınan ikili qalaktika əks olunub.
Bu barədə qurumun rəsmi saytında məlumat verilib.
“VV 191” - elliptik və spiralvari qalaktikalardan ibarətdir. Onlar bir-birindən nisbətən kiçik (astronomik standartlara görə) məsafədə yerləşsələr də, aktiv şəkildə qarşılıqlı əlaqədə olmurlar.
“Hubble” və JWST çəkilişi ulduzlararası tozun tədqiqi layihəsi çərçivəsində aparılıb. Astronomlar spiralvari qalaktikada tozlu strukturları aşkar etmək üçün elliptik qalaktikadan gələn işıqdan istifadə ediblər.
İki kosmik teleskopun çəkdiyi görüntüdə spiralvari qalaktikanın uzun, həddindən artıq tozlu qolları görünür. Belə təəssürat yaranır ki, onlar elliptik qalaktikanın mərkəzi qabarıqlığı ilə kəsişir, amma əslində, belə deyil.
Şəkildə bir sıra maraqlı fon obyektləri də görmək mümkündür. Məsələn, yuxarı sol küncdə iki uzaq spiralvari qalaktika var. Onlar eyni görünən ölçülərə malikdir, lakin tamamilə fərqli rənglərdədir. Görünür, bu, qalaktikalardan birinin çox tozlu olması, digərinin isə çox uzaq məsafədə olması ilə bağlıdır.
Həmçinin elliptik qalaktikanın yuxarı hissəsini əhatə edən qırmızı qövs də diqqət çəkir. Bu, daha uzaq qalaktikadır, onun işığı elliptik qalaktikanın cazibə qüvvəsi ilə təhrif olunub. Maraqlıdır ki, bu obyekt yalnız JWST-nin infraqırmızı şəkillərində görünür.
Xatırladaq ki, bir müddət əvvəl JWST teleskopundan alınan görüntülər kompüter alqoritmi vasitəsilə səsə çevrilmişdi.
Qeyd edək ki, JWST 25 dekabr 2021-ci ildə kosmosa buraxılıb. Perspektivdə o, 1990-cı ilin aprelində ABŞ tərəfindən buraxılmış “Hubble” orbital teleskopunu əvəz etməlidir. Bununla belə, sələfindən fərqli olaraq, “James Webb”ə texniki xidmət göstərilməyəcək (şatllar “Hubble”a dörd dəfə yollanıb) və ən azı 10 il işləməlidir.
Mənbə: Lenta.ru
Kirayə haqqını ödəməmək üçün maşınında yaşayır: Nə qədər pul xərcləyir? - VİDEO
Rusiya-Gürcüstan sərhədindəki avtomobillər “metalloma” göndərilir
Detektorla qədim dəfinə tapıldı - FOTO
Almaniyanı qarışdıran Zeynəb kimdir? - ŞOK FAKTLAR - FOTO
Qaradağ rayonunda vulkan püskürüb - VİDEO
Sürücülük imtahanında 138 dəfə kəsildi; səbəbi isə illər sonra məlum oldu
Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR?
Bakıda ev qiymətinə “07” satılır – FOTOLAR
Gəncə, Şəki, Göygöl... Bu şəhərlərin əvvəlki adları belə olub
Uşaqların ürəkdən himn oxuması pilotlarda gülüş yaratdı - VİDEO
Sumqayıt istiqamətində hərəkət edən sərnişinlər üçün YENİLİK












