İmkanlı sürücülər daha aqressivdirlər - Onlardan qorxun

Alimlərin araşdırmasına görə, yollarda aqressiyaya daha çox meyilli olanlar azgəlirli deyil, əksinə, maddi cəhətdən imkanlı şəxslərdir. Bundan başqa, alimlər “yol qəzəbi” ilə avtomobilin növü arasında da maraqlı bir əlaqə aşkar ediblər.
Avtosfer.az bu barədə xarici mediaya istinadla xəbər verir.
İllik gəliri 100 min dollardan çox olan sürücülər daha çox aqressiv davranış sərgiləyirlər. Onlar digər sürücüləri ötməyə, qarşısını kəsməyə və ümumi hərəkəti idarə etməyə daha çox meyllidirlər. Yeganə kateqoriya, yəni varlı sürücülərin daha təmkinli davrandığı sahə birbaşa təhdidlər və fiziki zorakılıq halları olub.
Aqressorun portreti: elektroavtomobil idarə edən gənc
Tədqiqat bəzi gözlənilən tendensiyaları təsdiqləməklə yanaşı, yeni məqamları da üzə çıxarıb. Orta aqressiv sürücünün ümumi portreti belədir:
Yaş: Gənc sürücülər yaşlılara nisbətən daha aqressiv davranır.
Cins: Kişilər demək olar ki, bütün aqressiv davranış kateqoriyalarında qadınları üstələyir.
Avtomobil növü: Elektroavtomobil sahibləri daxili yanma mühərrikli avtomobil sürücülərinə nisbətən yolda daha çox qəzəb nümayiş etdirirlər.(lent.az)
Avtomobillərdə yeni dövr: Firuzəyi işıqlar nə üçündür? - MARAQLI
Nəqliyyat sisteminin effektivliyi necə müəyyən edilir? – ARAŞDIRMA
“Tesla”ya rəqib çıxdı: Tıxacdan uçaraq qurtulmaq mümkün olacaq?
Təltif olunduğu ordeni illər öncə özü hazırlayıbmış...
Avtomobillər yolda enerji toplayacaq: Yeni sistem hazırlanır
Tramvay, yoxsa avtomobil: Bakının küçələri kimə xidmət etməlidir? - ARAŞDIRMA
Dronda yeni sürət rekordu
Çində qatlanan yük maşınları hazırlanır: Dar küçələrdə daşınma asanlaşacaq?
Polşada abortla bağlı qanunda dəyişiklik təklif edilib; həkimlər məsuliyyətə cəlb olunmayacaq
Milyonluq “Bugatti”nin dəri oturacaqlarından özünə gödəkçə tikdirdi – VİDEO
Sürücülərin diqqətindən yayınan 3 düymə: Yanlış istifadə təhlükə yarada bilər












