İndiyədək “YouTube”a neçə video yüklənib?

“YouTube” bir çoxunun sevimli video platformasıdır. Burada müxtəlif film,serial, musiqi, əyləncə və s. videolarını izləmək olar. İzləyicilərlə yanaşı yayımçıların da sayı getdikcə yüksəlir. Maraqlısı budur ki, indiyə kimi bu məşhur platformaya neçə video yüklənib?
Avtosfer.az xəbər verir ki, videobloqer Ethan Zukerman və “PushShift” xidmətinin tərtibatçısı Jason Baumgartner “YouTube” platformasına yüklənmiş bütün videoları saya biləcək skript hazırlayıblar. Sayım nəticəsində bəlli olub ki, 2006-cı ildən bəri platformaya ümumilikdə 13 325 milyard video yüklənib.
Həvəskarların təhlilinə görə platformaya təxminən 4 milyard görüntü 2023-cü ildə yüklənib ki, bu da ən yüksək nəticədir. “YouTube”a ən az video isə 2006-cı ildə yüklənilib.
Yüklənmiş bütün videoların 4 faizinin 10 mindən çox, 13 faizinin mindən az, təxminən 5 faizinin 0 baxışı var. “YouTube”da videoların əksəriyyətində bəyənmə və şərh yoxdur.
Həmçinin “YouTube”da ən populyar video dili ingilis dilidir və bütün yüklənmiş görüntülərin 32 faizini təşkil edir. İkinci yerdə hind dili(10,5%), üçüncü yerdə isə ispan(8%) dilidir.
Məhəbbət Tərlanoğlu
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












