İnsan beyni haqqında İNANILMAZ HƏQİQƏT: ölümdən sonra da...

Ölüm insanlığın ən çox düşündüyü şeylərdən biridir. Ölüm bir dəfə gəlir və geriyə dönüş yoxdur. Ölümlə bağlı bir çox ehtimal düşünülürsə, şüur da bu düşüncələr arasındadır. Həqiqətənmi həyatımız bir film lenti kimi gözümüzün qarşısından keçir?
Böyük Britaniyanın Banqor Universitetinin koqnitiv nevrologiya professoru Qiyom Terri beynin bədəni tərk etdikdən sonra məlumatı emal etməyə nə qədər davam edəcəyi barədə çox fikirləşib. Deyirlər ki, o, Fransa İnqilabı tarixini oxuyanda və “gilyotin” anlayışı ilə tanış olanda bu məsələ onun beynini məşğul edib. Gilyotin ölüm hökmündə olan şəxsin başını kəsmək üçün istifadə edilən alətdir.
6 dəqiqə sonra
İndiyə qədər əldə edilən məlumatlar göstərib ki, beyin ürək dayandıqdan 6 dəqiqə sonra ölür. Alim əlavə edib ki, ölüm anında beyində pisləşmə geri dönməz həddə çatıb və həmin an şüur hiss etmək qabiliyyətini itirməyə başlayıb və düşüncələr insana məxsusdur.
Siçanlar üzərində aparılan təcrübələrə görə, huşunu itirdikdən bir dəqiqə sonra sinir fəaliyyətinin dayandığı müşahidə edilib və bu fərziyyəni təsdiqləyən nəticələr tapılıb.
Daha uzun çəkə bilər
Ancaq alim Qiyom Terriyə görə, insanlarda bu müddət daha uzun ola bilər! Bu yaxınlarda apardıqları təcrübədə alimlər 87 yaşlı epilepsiya xəstəsini araşdırmaq üçün elektroensefaloqrafiya (EEQ) cihazından istifadə ediblər.
Lakin xəstə infarktdan dünyasını dəyişib və bu gözlənilməz hadisə alimlərə ilk dəfə ölən insanın beyin fəaliyyətini qeydə almağa imkan verib. Bu təcrübə nəticəsində beyin ölüm prosesi zamanı 15 dəqiqə aktiv olaraq qalıb. Terri isə bu məsələ ilə bağlı ekstremal vəziyyətlər yaşayan insanların 6, 7, 8 və hətta 10 dəqiqə sonra həyata qayıda biləcəyini, buna görə də beynin bağlanmasının nəzəri olaraq saatlarla çəkə biləcəyini iddia edib. (lent.az)
Almaniyanı qarışdıran Zeynəb kimdir? - ŞOK FAKTLAR - FOTO
Qaradağ rayonunda vulkan püskürüb - VİDEO
Sürücülük imtahanında 138 dəfə kəsildi; səbəbi isə illər sonra məlum oldu
Bakıdan Tbilisiyə əlavə qatar reysi AÇILIR?
Bakıda ev qiymətinə “07” satılır – FOTOLAR
Gəncə, Şəki, Göygöl... Bu şəhərlərin əvvəlki adları belə olub
Uşaqların ürəkdən himn oxuması pilotlarda gülüş yaratdı - VİDEO
Sumqayıt istiqamətində hərəkət edən sərnişinlər üçün YENİLİK
AZAL-ın bələdçisindən nümunəvi davranış: Sərnişinə belə kömək etdi – VİDEO
Aeroportda 20 min dollar tapdı, 3 minini dilənçilərə payladı
Yanacaq göstəricisindəki sirli oxun mənası nədir? - MARAQLI MƏLUMAT - FOTO











