İnsanların işə uyğunlaşma müddəti üzrə ARAŞDIRMA

eni işə başlayan insanların uyğunlaşma müddəti barədə araşdırma aparılıb.
Mütəxəssislər araşdırmanı insanların son bir ildə iş təcrübəsi üzərində edib.
Siyahının ilk sətirlərini mühafizəçilər və sürücülər tutub. 30 məşhur peşəkar qrupun nümayəndələri arasında mühafizəçilər ən uyğunlaşa bilənlərdir. Onların orta uyğunlaşma müddəti 26 gün, sürücülərdə 33 gün, iş nəzarətçiləri 34 gün, anbardarlar 36 gün və ixtisaslı işçilər 38 gün ərzində iş prosesinə uyğunlaşıb.
Eyni zamanda, proqramçılar yeni işə daha ləng uyğunlaşanlar arasındadır. Onlar orta hesabla 111 gün, analitiklər 105 gün, baş mühasiblər 97 gün, həkimlər 96 gün, HR menecerləri isə 88 gündür.
Ümumi orta uyğunlaşma müddəti isə 60 gün təyin olunub. Respondentlərin 13 faizi komandaya qoşulmağı və iş prinsipini bir gündə başa düşə bildiklərini bildirib. Respondentlərin daha 7 faizi yeni işə öyrəşmək üçün yarım il, 5 faiz bir il, daha 5 faiz respondent etiraf edib ki, bu günə kimi yeni işdə özlərini evdəki kimi hiss etmirlər.
Həmçinin məlum olub ki, 24 yaşınadək insanların yeni işə alışması daha asandır - bunun üçün orta hesabla onlara cəmi 42 gün lazımdır. 25-34 yaş arası olanlar üçün adaptasiya müddəti 70 günə qədər uzadılır. Qadınlar yeni iş şəraitinə kişilərə nisbətən bir qədər yavaş alışırlar - 58 ilə müqayisədə orta hesabla 62 gün. (lent.az)
Gürcüstanda Avropa pasportu 1000 dollardır?
Bakıda təcili yardım sürücüsünün çətin anları belə GÖRÜNTÜLƏNDİ - VİDEO
"Chagaev"dən "Coca-Cola"ya zərbə: Zibil qutusuna ATDI – VİDEO
Ev alqı-satqısında alıcıları gözləyən əsas risk — AÇIQLAMA
Bədəninə dəmir girdi – helikopterə pul vermədi, 16 kilometr...
Sürücülər xüsusi proqramla aldadılıb
Yol bağlanmadan təmir mümkündür – İsveçrədən maraqlı həll - VİDEO
Rusiyada "BMW"nin xəbəri olmadan "BMW" istehsal edirlər
Mülki gəmilərə pulemyot quraşdırmaq təklif edilir
Şəkinin üçadlı küçəsi - FOTO
Azərbaycanda sürücülərdən fərqli addım: Yol istəmək üçün zəng etdilər - VİDEO










