İnsanlarla səmimi olmayan 4 BÜRC - Onlar məsafəlidirlər

Hamı ilə səmimi olmayan insanlar həyatlarında yalan hisslərə yol verməzlər. Əgər kimisə həqiqətən bəyənmirlərsə, sadəcə vəziyyəti qurtarmaq, nəyinsə naminə onunla yaxınlıq etməyə çalışmazlar. Çox vaxt özlərini sosial həyatdan uzaq tuturlar və təkliyi sevirlər. Hamı ilə səmimi olmayan bu insanlar yalnız ən yaxın dostları ilə bir araya gələndə danışıb gülürlər.
Bu insanlar özlərini heç kimə tam açmır. Həyatlarını başqalarından gizli saxlayırlar. Məsafəli davrandıqları üçün hamı onlara yaxınlaşanda tərəddüd edir.
Avtosfer.az hamı ilə səmimi olmayan və insanlara məsafəli yanaşan bürcləri təqdim edir.
Əqrəb
Əqrəblər adətən maraqlı və soyuqqanlı insanlardır. Əqrəb bürcləri xəyal qırıqlığı yaşamaqdan çox qorxurlar. Bu səbəbdən də insanlardan həmişə uzaq dururlar. Əqrəb bürcü özünü heç kimə asan açmır. Sosial mühitləri sevsələr də, bəzən tək qalma ehtiyacı duyurlar.
Xərçəng
Xərçəng bürclü insanlar çox həssasdırlar. Çox emosional olduqları üçün sevməyə və sevilməyə böyük əhəmiyyət verirlər. Xərçəng bürclərinin həssaslıqları onları insanlardan uzaq durmağa vadar edir.
Buğa
Buğa bürcləri özləri ilə vaxt keçirməyi sevirlər. Onlar tək qalmaqdan və öz maraqlı hobbiləri ilə məşğul olmaqdan böyük zövq alırlar. Buğalar yeni tanış olduqları insanlarla tez səmimi olmurlar. Çünki onların müəyyən qədər güvən problemləri var. Onlar ancaq etibar etdikləri dostlarının, yaxınlarının yanında özlərini rahat hiss edirlər.
Qız
Qızlar həmişə mükəmməl olanı axtarırlar. Onlar hər kəsi və hər şeyi çox tənqid edirlər, çünki idealist insanlardır. Qız bürcünün bu rəftarları onların soyuq və özündən razı görünməsinə səbəb olur. Qızlar hər şeyi idarə etməyi sevirlər. Qızlar üçün insanlar üzərində güc və hakimiyyət qurmaq çox vacibdir.
(lent.az)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












