İritutumlu avtobusa hansı qapıdan minək? - FOTO

Bakıda bir neçə marşrutda iritutumlu avtobuslar (dördqapılı) fəaliyyət göstərir. Bunların istismarı təqdirəlayiq olsa da, narazılıq yaradan bəzi məqamlar da var.
Bunlardan biri də sərnişinlərlə sürücü arasında demək olar hər reysdə baş verən gərginlikdir. Problem budur ki, qabaq qapıdan minən sərnişinlər ortada toplanır, ikinci salonda ayaq üstə yerlər çox vaxt boş olur. Sürücülərin təbirincə desək, heç kim arxaya keçmək istəmir. Burada sərnişini də anlamaq olar, sürücünü də. Amma məsələdən çıxış yolu var. Ən azından beynəlxalq təcrübədə.
Avtosfer.az xəbər verir ki, 2 və ya 3 qapısı olan avtobuslarda sərnişinin qabaq qapıdan minib arxa qapılardan düşməsi standartdır. Bunu bütün sivil ölkələr kimi biz də Bakıda tətbiq edirik. Amma 4 qapısı olan avtobusda vəziyyət fərqlidir. Avropa ölkələrində belə avtobus və trolleybuslara axırıncı qapıdan da minməyə icazə verilir. Bu maşınların arxa salonunda da validator quraşdırılır. Beləliklə, kiminsə pik saatlarında düşmək və ya minmək üçün yüz nəfəri yara-yara irəliləməsinə ehtiyac qalmır. Bəs bizdə mümkündürmü?
Avropdan fərqli olaraq Bakıda sərnişinin kartını validatordan keçirməsinə nəqliyyat agentləri yox, sürücülər nəzarət edir. Halbuki, sürücünün vəzifəsi avtobusu düzgün idarə etmək olmalıdır, biletə nəzarət deyil. Buna görə də, arxa qapıya validator quraşdırmaq hələ ki, mümkün görünmür.
Lakin işin başqa tərəfi də var: dəfələrlə şahid olmuşam ki, sərnişinlər qabaq qapıdan minə bilmədiyi halda, arxa salonda azı 15 sərnişinin yeri boş qalır. Bununla da sərnişinlər işə və ya evə gecikir, daşıma şirkəti isə gəlirdən məhrum olur. Arxa qapıdan minməyə icazə verilərsə iritutumlu avtobuslar daha səmərəli istifadə edilə bilər.
Nəqliyyat kartından istifadəni sərnişinin vicdanına buraxmaq və bu işi sürücüdən alaraq nəqliyyat agentlərinə həvalə etmək doğru olmazmı? Nəzərə alaq ki, bu agentlər hər il büdcəyə yüz minlərlə gəlir gətirirlər.
İritutumlu avtobusları qeyri-iş günlərində və saatlarında reysə buraxan daşıyıcıları isə sözün birbaşa mənasında anlamaq mümkün deyil. Axı saat 21.00-dan sonra və ya bayram günləri 15-20 sərnişinlə hərəkət edən avtobus şirkətə mənfəət gətirə bilməz. Bu isə ayrı söhbətin mövzusudur.
Vüqar Yaşaroğlu
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA
Rusiyada deputat əhalini benzin qıtlığına öyrəşməyə çalışdı
“Bolt”un sürücüsündən maraqlı addım; maşında qida bölməsi yaradıb – VİDEO
Taxtadan hazırlanan avtomobili yol polisi saxladı - VİDEO
Polis istidən əziyyət çəkənləri belə sərinlədir - FOTO










