İspaniya polisi dünyada ən böyük marixuana partiyasını aşkar edib
Maraqlı
6 Noyabr 2022 16:40

İspaniya polisi azı 64 milyon avro dəyərində 32 ton qablaşdırılmış marixuana müsadirə edib.
Bu, dünyada polisin tapdığı ən böyük partiya olub.
“Bağlar” adlı əməliyyat çərçivəsində İspaniyanın müxtəlif yerlərində bir neçə ferma və istehsalat zavoduna basqın edilib. Həmçinin, 20-59 yaş arası iyirmi nəfər həbs olunub.
“Mülki Qvardiya indiyədək aşkar edilmiş ən böyük qablaşdırılmış marixuana partiyasını müsadirə edib. Tapılan bağlamalar təxminən 1,1 milyon bitkiyə bərabərdir”, - İspaniyanın Mülki Qvardiyasının bəyanatında deyilir.
Polis bildirib ki, dəstə marixuana bitkilərini qurudub, qablaşdırıb İspaniya, İsveçrə, Almaniya və Belçikadakı dilerlərə göndərib. Əməliyyat ötən ay baş tutsa da, onun təfərrüatları yalnız noyabrın 5-də açıqlanıb.
Mənbə: rbc.ua
Oxunub : 1634
DİGƏR XƏBƏRLƏR
13 Noyabr 2026 15:48
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
13 Noyabr 2026 12:30
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
12 Noyabr 2026 12:00
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
12 Noyabr 2026 11:30
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
12 Noyabr 2026 10:48
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
11 Noyabr 2026 12:30
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
10 Noyabr 2026 17:02
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
8 Noyabr 2026 10:54
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
7 Noyabr 2026 00:24
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
6 Noyabr 2026 13:00
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
6 Noyabr 2026 10:30
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO
5 Noyabr 2026 18:51
Rəşad Nəbiyev Tallində "Bolt"un nümayəndələri ilə görüşdü - FOTO
ŞƏRH YAZ












