İstanbul Hava Limanı dünyanın ən yaxşısı seçildi

Türkiyənin İstanbul Hava Limanı ABŞ-də nəşr olunan "Travel and Leisure" səyahət jurnalı tərəfindən hər il təşkil edilən "Dünyanın 10 ən yaxşı beynəlxalq hava limanı" sorğusunda oxuculardan 95,79 bal toplayaraq birinciliyə layiq görülüb.
Avtosfer.az Oxu.az-a istinadən bildirir ki, oxucu sayı hər ay 16 milyondan çox olan "Travel and Leisure" jurnalının mükafatlandırma mərasimi ABŞ-nin Nyu-York şəhərində baş tutub.
Mükafat İstanbul Hava Limanının əməliyyatlar üzrə baş müdir müavini Mehmet Büyükkaytana təqdim edilib.
Büyükkaytan dünyanın dörd bir yanından olan rəqibləri ilə yarışdıqları səsvermədə birinci olmaqdan məmnun olduğunu qeyd edib.
"İstanbul Hava Limanı olaraq, sərnişin məmnuniyyətini ön planda tutaraq xidmətlərimizi sərnişinlərin ehtiyaclarına uyğun formalaşdırırıq. Həmkarlarımızın da töhfələri ilə təqdim etdiyimiz bu xidmətlərin şəxsən sərnişinlərimiz tərəfindən bəyənilməsi bizi çox məmnun etdi", - deyə o bildirib.
"Travel and Leisure" jurnalı oxucularının rəyləri əsasında aparılan araşdırmada hava limanlarını giriş, check-in, təhlükəsizlik, qida və içki sahələri, alış-veriş və dizayn baxımından qiymətləndirilir.
Sorğuda səsə qoyulan digər hava limanları arasında Çanqi Hava Limanı (Sinqapur), Hamad Beynəlxalq Hava Limanı (Qətər), Dubay Beynəlxalq Hava Limanı, İnçeon Beynəlxalq Hava Limanı (Cənubi Koreya), Abu-Dabi Beynəlxalq Hava Limanı (Birləşmiş Ərəb Əmirlikləri), Haneda Beynəlxalq Hava Limanı (Yaponiya), Çatrapati Şivaji Maharac Beynəlxalq Hava Limanı (Hindistan), Honq-Konq Beynəlxalq Hava Limanı və Osaka Beynəlxalq Hava Limanı (Yaponiya) da yer alıb.
İstanbul Hava Limanı ilk dəfə 2021-ci ildə "Travel and Leisure" jurnalının sorğusuna qatılıb və siyahıda ilk Türkiyə hava limanı olub.
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri
Dünyanın ən böyük biznes sinif salonu bu təyyarədədir - FOTO
Güzgünün altındakı bu detalın əsl funksiyası nədir? – ARAŞDIRMA
Nəqliyyat və İnfrastruktur Komitəsi yaradılmalıdır – Ekspertdən TƏKLİF
Özünü maşın altına ataraq sürücünü şərləməyə çalışan piyadanı NƏ GÖZLƏYİR?












