Kainatda zaman axını sürətlənib

Avstraliyanın Sidney və Oklend Universitetinin astrofizikləri 200-ə yaxın kvazarı araşdıraraq zamanın ilkin Kainatda 5 dəfə yavaş axdığı qərarına gəliblər.
Eynşteynin Ümumi nisbilik nəzəriyyəsinə əsasən, biz çox uzaq və keçmişdə qalmış Kainatın daha yavaş hərəkət etdiyini görməliyik. Kainatın genişlənmə sürəti zamanın axışında onun ləngiməsi ilə əks olunur. Bu qədər keçmişə birbaşa baxmaq mümkün olmasa da, alimlər zamanın axışını izləmək üçün kvazarlardan "saat" kimi istifadə edərək bu nəzəriyyəni təsdiq ediblər.
Bu barədə N.TUSİ adına Şamaxı Astrofizika Rəsədxanasından məlumat verilib.
Kvazarlar ilk qalaktikaların mərkəzində fəal superkütləli qara dəliklərin maddə akresiyası nəticəsində ayrı-ayrı ulduzlardan milyonlarla dəfə daha parlaq parlayan obyektlərdir. Tədqiqatçılar iyirmi il ərzində astronomik müşahidələr zamanı toplanmış, yaşı 2.47-12.17 milyard il olan 190 kvazar üçün müşahidə məlumatlarını tədqiq edib. Tədqiqat qrupu hər bir kvazarı müxtəlif diapazonda araşdıraraq bütün kvazarlar üçün zamanın axışını standartlaşdırmağa nail olub. Nəticədə alınıb ki, Kainatın genişlənməsinin sürətlənməsinə görə biz uzaqda olan kvazarların davranışındakı dəyişikliklərin, bizə yaxın olanlardan daha yavaş baş verdiyini görürük.
Sidney Universitetinin professoru Gerant Lyuisin (Geraint Lewis ) sözlərinə görə, Kainatın yaşının bir milyard ildən bir qədər artıq olduğu bir dövrə nəzər salsaq, zamanın beş dəfə daha yavaş axdığını görürük. Əgər siz bu körpə Kainatda olsaydınız, 1 saniyə 1 saniyə kimi görünərdi, amma bizim mövqeyimizdən baxanda - 12 milyard ildən çox yaşı olan gələcəkdə, bu vaxt uzanır.
Kainatdakı məkan və zaman ayrılmaz şəkildə bağlıdır. Kosmosun genişlənməsi səbəbindən uzaqdan gələn işıq da "dartılır" və məsafə artdıqca qırmızı dalğa uzunluğuna doğru sürüşür. Bu hadisə Dopler effekti adlanır. Nəticədə obyekt bizdən nə qədər uzaqlaşırsa, hadisələri bir o qədər ləngiyən zaman axınında müşahidə edirik.
Kvazarların tədqiqatının nəticələri göstərir ki, erkən kainatın bu parlaq obyektləri Böyük Partlayışdan (Böyük Partlayış 13.8 mlrd il əvvəl baş verib) sonrakı ilk milyard ili qiymətləndirmək üçün standartlaşdırılmış "saat" roluna uyğun gəlir.
Qeyd edək ki, tədqiqat işi bağlı elmi məqalə "Nature Astronomy" jurnalında dərc olunub. (trend)
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












