Kainatın necə yarandığını izah edəcək “qara dəlik” aşkarlanıb - FOTO/VİDEO

NASA-nın “Çandra” Rentgen Rəsədxanasının köməyi ilə “Mrk 462” qalaktikasında “qara dəlik” aşkar edilib. “Qara dəliy”in kütləsi Günəşin kütləsindən təxminən 200.000 dəfə böyükdür. Kiçik qalaktikadakı bu superkütləvi “qara dəlik” astronomlara “qara dəlik”lərin necə böyüdüyünü anlamağa kömək edəcək.
“Mrk 462” müasir standartlara görə cırtdan hesab olunur; qalaktikasında cəmi bir neçə yüz milyon ulduz var. Müqayisə üçün qeyd edək ki, bizim “Süd Yolu” bir neçə yüz milyard ulduza ev sahibliyi edir.
Bununla belə, “Mrk 462” qeyri-adi qalaktikadır. Çünki içərisində superkütləli “qara dəliyi” olan cırtdan qalaktikalar yoxdur (ya da onlar gizlidir).
Böyük qalaktikalarda astronomlar mərkəzdəki ulduzların sürətli hərəkətlərini müşahidə edərək “qara dəlik”ləri tapırlar. Cırtdan qalaktikalar isə çox kiçik və tutqun olduğu üçün, əksər müasir alətlər onları aşkar edə bilmir.
Bunun üçün alternativ yol böyüyən qara dəliklərin əlamətlərini axtarmaqdır. Bu əlamətlərdən biri, məsələn, milyonlarla dərəcəyə qədər qızan və rentgen diapazonunda yayılan qazdır.
Alimlər səkkiz cırtdan qalaktikanı tədqiq ediblər . Onlardan yalnız Mrk 462 öz statusunu təsdiqləyib – məlumatlar onun qazla əhatə olunduğunu göstərib, qazın emissiya spektri isə “qara dəliy”in olması ilə bağlı fərziyyəni təsdiqləyib.
Qazla “kölgələnmiş” “qara dəlikləri” aşkar etmək asan deyil. Bu o deməkdir ki, oxşar “qara dəlik”lərə malik daha çox cırtdan qalaktikalar ola bilər - sadəcə alimlər onları hələ tapmayıb. Bu vacibdir, çünki astrofizikada əsas sualı – “qara dəlik”lərin qısa müddətdə necə bu qədər böyüdüyünü öyrənməyə kömək edə bilər.
Avtomobil loqolarının sirri açıldı – Bu simvollar əslində nəyi ifadə edir?
Saxta fotolarla sərnişinlərdən pul alan taksi sürücüsü SAXLANILDI
Bakı–Sabunçu–Suraxanı xətti: Müsəlman Şərqinin ilk elektrikləşdirilmiş dəmir yolu - FOTOLAR
Dəmir yolunda Günəş batareyaları özünü doğrultdu
Sürət qutusunda problem olduğunu göstərən 5 vacib əlamət – ARAŞDIRMA
Bakıda maşın qiymətinə bağ icarəsi: Villaların kirayəsində REKORD ARTIM - FOTO
Qış təkərləri yayda niyə təhlükəlidir? – ARAŞDIRMA
Məşhur kilsəyə giriş pullu oldu
Avtomobil alarkən buna diqqət etmək zəruridir – TÖVSİYƏ
Polisə salam verməyə dayandı; sərxoş olduğu ortaya çıxdı - FOTO
Mexaniki avtomobil sürənlərin yaddaşı daha güclü olur? – ARAŞDIRMA










