Karib dənizində Putinə yaxın daha bir rusiyalı oliqarxın tərk edilmiş yaxtası tapıldı...- FOTOLAR

Karib dənizindəki Antiqua və Barbuda adası dövlətinin hökuməti Putinə yaxın oliqarx, rusiyalı milyarder Andrey Quryevə məxsus olduğu ehtimal edilən yaxtanı öz limanında daha saxlamayacağını bildirib. Martın 31-dək tərk edilmiş” elan edilən gəmi üzərində kimsənin öz hüquqlarını bəyan etmədiyi təqdirdə onun satışa çıxarılması planlaşdırılır.
Avtosfer.az xəbər verir ki, bu barədə "Business Insider" məlumat yayıb.
Antiqua və Barbuda baş naziri Qaston Braun bildirib ki, ölkəsinin hökuməti artıq uzunluğu 80 metrdən çox olan yaxta üçün 50 milyon dollardan çox ödənilməsi haqda təklif alıb. "Alfa Nero" superyaxtası idman zalı, saç salonu və mənzərəli hovuzu da daxil olmaqla dəbdəbəli şəraitə malikdir.
ABŞ Maliyyə Nazirliyi "Alfa Nero"nun rusiyalı oliqarx Andrey Quryevə məxsus olduğunu bildirib. "FosAqro" gübrə şirkətinin qurucusu olan və 10,1 milyard dollar sərvətə malik Quryev Ukraynada müharibənin başlamasından sonra Kremllə əlaqələrinə görə ABŞ, Böyük Britaniya və Aİ tərəfindən sanksiyalara məruz qalıb.
Çərşənbə axşamı, martın 28-də Quryevin qanuni nümayəndəsi gəminin maqnata aid olmadığını bildirib: “Antiquanın səlahiyyətli orqanlarına bildirdiyimiz kimi, cənab Quryev "Alfa Nero"na sahib deyil və ona nəzarət etmir, sadəcə olaraq, 2014-cü ildən vaxtaşırı gəmidən istifadə edib".
Antiqua limanının adminstratoru isə xəbərdarlıq edib ki, dəbdəbəli gəmi yüksək texniki xidmət xərclərinə malik olduğundan Antiqua və Barbuda hökuməti martın 31-dək kimsənin gəmiyə sahiblik iddia etmədiyi təqdirdə onu satmağı planlaşdırır.


Moderator.az
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












