Kəlbəcərə qayıtmağı gözləyən Ramazanovlar ailəsi “Əl-Cəzirə”də - VİDEO
“Əl-Cəzirə” telekanalı evlərinə qayıtmağı gözləyən kəlbəcərlilər və ermənilərin Kəlbəcərdə törətdiyi dağıntılar barədə reportaj hazırlayıb.
“Qafqazinfo” xəbər verir ki, kanalın müxbirləri Kəlbəcərdən olan Ramazanovlar ailəsinə baş çəkib. Reportajda bu ailənin Kəlbəcərin Azərbaycana qayıdışını qeyd etdiyi diqqətə çatdırılıb.
Ramazanovlar bildirib ki, bölgə onların həyatıdır. Onların şeirləri isə dağların və geniş ərazilərin xatirələrini dilə gətirir.
Bununla belə Gülçöhrə Ramazanova hazırda orada baş verənlərə baxanda təəssüf hissi keçirir. Belə ki, ermənilərin bir çoxu rayonu tərk etməzdən əvvəl evləri və məktəbləri yandırırlar.
“Kəndimdəki bütün evlər yandırılıb. Bu xainliyi görəndə ürəyim kədərdən az qalsın partlaya. Niyə? Siz bizim mebelli evlərimizə gəlmişdiniz, o evlər sizə aid deyildi”,- deyə Gülçöhrə bildirib.
1994-cü ildə bitən Birinci Qarabağ müharibəsi dövründə iştirak edən Elşad Eyvazlı yerliləri Kəlbəcəri tərk etməyə məcbur edilən zaman yüzlərlə insanın köç zamanı necə həlak olduğunu xatırlayır:
“10 minlərlə insan bu yoldan keçmişdilər. Mən donub qalmış çoxlu insan görmüşdüm. İçində donmuş insanlarla birlikdə yolda qalan avtomobillər ... Bir çox insan donma səbəbindən amputasiyaya məruz qalmışdı”.
Telekanal xatırladıb ki, Azərbaycan hökuməti Ermənistan silahlı qüvvələrinə Kəlbəcəri tərk etmək üçün verilən müddəti 10 gün uzadıb. Azərbaycan ordusu öz mövqelərini möhkəmləndirsə də Rusiya sülhməramlılarının erməni döyüşçülərinin çıxarılmasını təmin edəcəyini gözləyir.
“Hazırda bu 3 rayonu tərk etmələri üçün erməniləri məcbur etmək bizim vəzifəmiz deyil. Bu, artıq sülhməramlı qoşunların vəzifəsidir. Onlar buna görə gəliblər. Bu, onların vəzifəsidir və biz bunu onlardan istəyəcəyik. Bu, bizim ehtiyat planımızdır”,- deyə Azərbaycan Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov kanala müsahibəsində bildirib.
Reportaj zamanı Gülçöhrə Ramazanova müxbirlərə 10 illər boyu saxladığı evinin açarlarını göstərib.
Bildirilib ki, 30 ilə yaxın bir müddətdən sonra kəlbəcərlilər qayıtmaq üçün səbrsizlənirlər. Bununla belə sülhməramlıların rolu da daxil olmaqla, təmizlənmə əməliyyatı və infrastrukturun yenidən qurulması nəzərə alınsa, insanların evlərinə qayıtması aylar, hətta illər çəkə bilər.
Milyonlarla avtomobil 6 avroluq xərcə görə geri ÇAĞRILDI
Kim dumanda daha yaxşı görür: Sürücü, radar, yoxsa lidar?
Ukraynanın hava hücumuna görə 5 ölkədə taksi xidməti iflic oldu
Yanacağa qənaət etmək üçün avtomobili hansı sürətlə idarə etməliyik? – ARAŞDIRMA
Rusiyada yanacaq satışı ilə bağlı məlumatlar məxfiləşdirildi
Rusiyada bizim xeyrimizə olan PROSES
İlk svetofor işə salınanda hələ avtomobil yox idi - FOTOLAR
XX əsrdə Bakının cənub girişində Stalinin heykəli və “Zəfər tağları” niyə ucaldılmışdı? - TARİX
Dərnəgül yolunda maşını saxlayıb armud satdı - VİDEO
Bu avtomobilə yeni funksiya gəldi: Bunu etsəniz söyüş söyəcək
“Hacı pivəsi”nin orqanizmə görünməyən zərəri












