Kənddə yaranan qeyri-adi dəlik camaatı qorxuya salıb - FOTO

Goranboyun Nərimanlı kəndində həm maraqlı, həm də təhlükə yarada biləcək hadisə baş verib. Sakinlər səhər açılanda küçənin bir hissəsinin çökdüyünü görüblər. Bir neçə gün sonra isə həmin ərazidə böyük quyu yaranıb. Kəndlilər iddia edir ki, həmin quyu illər öncə neft-kəşfiyyat quyularının qazıldığı ərazi ola bilər.
Yerli sakinlər bildirir ki, günbəgün uçub dərinliyi artan quyu həm marağa səbəb olur, həm də küçənin kiçik sakinləri üçün təhlükə yaradır. Ərazidə avtomobillərin hərəkəti zamanı da həyəcanlı anlar yaşanır. Kənd sakini Pərvanə Əliyeva Sputnik Azərbaycan-a bildirib ki, yarana biləcək problemdən sığortalanmaq üçün həmin hissəyə daş və müəyyən işarəverici əşyalar qoyub:
"Bir neçə gün öncə səhər oyandıq ki, küçədə iri çat yaranıb. Sonra baxdıq ki, həmin o çat çöküb. Uşaqlarla birlikdə gətirib ora daş doldurduq. Onun sabahı baxdıq ki, daşlar quyu hopub. Neçə illər bundan qabaq neft axtaranda, dedilər ki, bu zonalardan neft kanalı axır. Amma o axını tapa bilmədilər. Biz sakinlər bu məsələ ilə bağlı araşdırma aparılmasını istəyirik. Heç nə çıxmayacaqsa, buna çarə tapılsın. Qapımızın ağzıdı, körpə uşaqlar çıxır, ora düşərlər", - deyə sakin bildirib.
Goranboyun Nərimanlı kəndində illər öncə neft-kəşfiyyat quyuları qazıldığından, yerli sakinlər yaranan quyunun onunla əlaqəli olduğunu iddia edirlər. Onlar adiyyatı qurumların əraziyə baxış keçirdiyini də bildiriblər. Kənd sakini Telman Quliyev isə deyir ki, quyu təəccüb doğurur: "Mən də orda olmuşam, icra nümayəndəsi özü də gəlib baxıb. Vaxtilə orada neft kəşfiyyat quyuları olub. Həmin çökmənin sözügedən qazıntı işləri ilə əlaqədar olub-olmadığını deyə bilmərəm. Amma camaat üçün bu, çox təəccüblüdür. El dili ilə desək, bu, bir metrdən artıq ətrafa şaxələnimiş vəziyyətdə olan iri dəlikdir. Su axdıqca, o dəlik yox olur, üzə çıxmır. Onun dərinliyinin çox olduğunu düşünürük".
Goranboy rayon Nərimanlı kənd icra nümayəndəsi Nüşrəvan Əliyev Sputnik Azərbaycan-a bildirib ki, kəndin həmin küçəsinə baxış keçirilib. Yarana biləcək təhlükənin qarşısının alınması üçün işlərə başlanıb.


3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












