Keşikçidağda 3 min il yaşı olan kurqan aşkarlanıb - FOTO

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin dəstəyi ilə “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun ərazisində AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Bəxtiyar Cəlilovun rəhbərliyi ilə arxeoloji qazıntıların birinci mərhələsi uğurla yekunlaşıb.
Avtosfer.az xəbər verir ki, Keşikçidağ ərazisində aparılan bu tədqiqatlarda əsas məqsəd ərazidə qeydiyyata alınmış çoxsaylı kurqanların elmi dövriyyəyə cəlb olunması, onların elmi potensialının müəyyənləşdirilməsi, Keşikçidağın mədəni irsinin tədqiqi və təbliği ilə əlaqədardır.
Qoruq ərazisində iki istiqamətdə kurqanlarda qazıntılar aparılıb. Onlardan birincisi Ağstafa rayonunun Ağgöl kəndindən 600 m şimal-şərq istiqamətində qeydə alınmış kurqanlardır. Bu maraqlı cəhəti ondan ibarətdir ki, kurqanın üst örtüyü kiçik çay daşlarından kromlex şəklində əhatə olunub.
İkinci istiqamət isə Sarısoy kurqanlarıdır. Sarısoy istiqamətində aparılmış arxeoloji qazıntı işləri başa çatdırılıb və maraqlı tapıntılar əldə olunub.
Kurqanlar özündə Xocalı-Gədəbəy mədəniyyətinin izlərini yaşadır və bu mədəniyyəti öyrənmək üçün mühüm əhəmiyyət kəsb edən dəfn adətləri mövcuddur.
Ərazidə elmi tədqiqat və arxeoloji qazıntı işləri yenə də davam etdiriləcək.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO














