Kişilər qadınlara nisbətən niyə daha az yaşayır? - Səbəbləri açıqlandı

Aparılan araşdırmalara görə orta hesabla bütün yaşlarda kişilər qadınlardan daha çox xəstəlik, xəsarət və ölüm riskini artıran davranışlara meyllidirlər.
Avtosfer.az “Baku.ws”a istinadən xəbər verir ki, onlar daha az sağlam həyat tərzi sürürlər. ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin məlumatına görə, kişilərin sağlamlıq qaydalarını dəyişsəydi, onların ölümlərinin yarısının qarşısı alınardı.
Kişilər qadınlara nisbətən 33 faiz daha az həkimə müraciət edir və erkən mərhələdə planlaşdırılmış profilaktik yardım və müalicə almaq ehtimalı iki dəfə azalır.
Amerikada Ailə Həkimləri Akademiyasının apardığı araşdırma göstərir ki, kişilərin 30 faizi xəstəliyi ilə əlaqədar tibbi yardım almaqdan əvvəl mümkün qədər uzun müddət gözləyirlər.
Bu yaxınlarda Klivlend Klinikasında aparılan bir araşdırma göstərir ki, kişilərin 72 faizi ev işləri, məsələn, hamam təmizləmək və ya çəmənlikləri kəsmək kimi işləri həkimə getməkdən üstün tuturlar. Kişilər daha çox siqaret çəkirlər.
Dünyada kişilərin 37%-i, qadınların isə 7,8%-i siqaret çəkir. Narkotik vasitələrdən istifadə avtomobil qəzalarının, QİÇS və hepatit xəstəliyinin yaranma riskini artırır.
Kişilər sərxoş halda avtomobil idarə edirlər. Onlar cinayət əməllərinə görə həbs edilmə ehtimalı da daha yüksəkdir.
Kişilərin sosial əlaqələri daha azdır. Son 30 ildə ABŞ-da ən azı 6 yaxın dostu olan kişilərin sayı 55 faizdən indi 27 faizə düşüb. 0 yaşın altındakı kişilərin 28 faizi yaxın sosial əlaqələrə malik deyil.
Tələbə oğlanların, qızlara nisbətən, stres, depressiya və ya əsəbilik hiss etdikləri zaman dəstək üçün müraciət edə biləcəkləri heç kim yoxdur.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












