Köhnə lotereya bileti ilə 76 milyon funt qazandı

Böyük Britaniya sakini 76 milyon funt sterlinq məbləğində cekpotun qalibi olub. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, bu haqda “Sky News” məlumat yayıb. Boston şəhərindən olan inşaatçı Endrü Klark lotereya biletləri alıb və onları yoxlamadan furqonuna yığıb. Dostları onu altı aydan sonra birtəhər yola gətirərək, biletlərdəki rəqəmləri yoxlamağa vadar ediblər. “Bu, Milad nağılına bənzəyir, 76 milyon funt sterlinq az qala əlimdən çıxacaqdı”, - deyə Klark bildirib. Qış günlərinin birində iş yoldaşı və qardaşı qızı yenidən Klarka biletləri xatırladıb. O, həvəssiz şəkildə televizorun önündən qalxaraq, yığılmış bir yığın lotereyanı yoxlamağa başlayıb. 76 milyon məbləğində cekpot qazandığını öyrəndikdən sonra sevincdən qışqırığı bütün evi bürüyüb. Bu, Britaniya tarixində qazanılan 12-ci ən böyük cekpotdur.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












