Köhnə velosiped telefon doldurmaq üçün istifadə edilir - FOTO
Fransanın Trua şəhərindəki liseylərdən birində fizika müəllimi maraqlı eksperiment aparıb.
Avtosfer.az-ın xəbərinə görə, müəllim dərsə köhnə velosiped gətirərək şagirdlərə deyib: bundan təkrar necə istifadə edə bilərik?
Şagirdlər müxtəlif təkliflər irəli sürsələr də, sonradan hamısı velosipeddən elektrik istehsal etməyi qərara alıb.
Şagirdlərə bu işdə yaxınlıqdakı avtotəmir sexləri yardım edib. Onlar liseyə işlənmiş avtomobil generatoru, akkumulyator, boya və sair hədiyyə ediblər. Bat-bike adlıanan texnika indi həm telefonları doldurmaq üçün istifadə edilir, həm də idman dərsinə yarayır. Velosipedi 5 dəqiqə “sürmək” bir telefonun 1% dolması üçün kifayətdir.
İşin maraqlı tərəfi başqadır. Yaxınlıqda yerləşən Reyms Akademiyasının rektorluğu 3 belə velosiped sifariş edib. Üstəgəl, generator-velosipedlərin hazırlanmasında iştirak edən şagirdlər buraxılış imtahanından azad edilib. Ən əsası isə, bu şagirdlər artıq Reyms Akademiyasının mexanika fakültəsinə qeydiyyata alınıblar.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












