Kompüter mütəxəssisi adı ilə gələn fransız casuslar həbs edildi

Fransa kəşfiyyatı daha bir ölkədə iflasa uğrayıb.
Avtosfer.az xəbər verir ki, Burkina-Fasoda Fransanın Xarici Təhlükəsizilik Baş idarəsi – DGSE-nin 4 əməkdaşı saxlanılıb. Tunisin nüfuzlu “Jeune Afrique” saytının məlumatına görə, hadisədən sonra onlarla Fransa agenti Uaqaduqunu tərk edib.
Maraqlıdır ki, Fransa hökuməti bu xəbərə reaksiya verməsə də, “Figaro” və Frans-Presin araşdırmaları faktı bir daha təsdiqləyib. Məlum olub ki, sözügedən şəxslər Afrika ölkəsinə Fransa səfirliyinin kompüter şəbəkəsindəki nasazlığı aradan qaldırmaq adı ilə daxil olublar. 4 nəfər dindirildikdən sonra həbsxanaya yerləşdirilib.
Ekspertlər diplomatik pasport sahiblərinin saxlanmasını Fransanın xarici əlaqələrinin korlanması kimi dəyərləndirirlər.
Bu, Fransa xarici kəşfiyyatında son illərin yeganə uğursuzluğu deyil. 2022-ci ilin fevralında fransız generallar Britaniya kəşfiyyatının Ukraynada müharibə ilə bağlı xəbərdarlığını boş söhbət adlandırmışdılar. Lakin Londonun proqnozu saatınadək dəqiq çıxdıqdan sonra Makron onlarla yüksək rütbəli kadrı vəzifədən azad etmişdi.
Vüqar
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












