Kondisionersiz avtomobili necə sərinlətmək olar? - MARAQLI ÜSULLAR

Yayda günəşin altında isinən avtomobilə əyləşmək sürüclərə böyük çətinlik yaradır. Xüsusən də, əgər maşında kondisioner yoxdursa, bu istilik saatlarla avtomobildə sürücünü tərlətməyə davam edir.
Avtosfer.az kondisionersiz də avtomobili sərinlətməyin bir neçə yolunu sürücülərə təqdim edir.
Bunun üçün ilk öncə avtomobilin qapılarını açıb, şüşələrini aşağı salmaq lazımdır. Əgər avtomobiliniz heçbekdirsə arxa qapılar da açılmalıdır.
Bir neçə dəfə qapıları açıb bağlamaqla içəridəki isti havanın çölə çıxmasını tezləşdirmək mümkündür.
Daha sonra mühərriki işə salmaqla fanı (ventilyator) açıb, bu sərinləşmə prosesini sürətləndirmək olar. Sürücü yaş dəsmalı fanının yaxınlığına qoyaraq bir kondisoner effekti yaradıb avtomobili sərinlətməyə müvəffəq olacaq. Ön süşələrin də soyudulması çox önəmlidir. Bunun üçün isə ön şüşüyə su tökmək lazımdır.
Əgər avtomobildə kondisioner varsa, o zaman sürücünün işi daha asan olur. Konidisioneri açarkən isə onu şüşəyə yönəltmək lazım deyil, bu halda şüşə çatlaya bilər.
Bütün bunları etməyə səbriniz yoxdursa, o zaman sadəcə şüşələri endirin və salonun sərinləşməyini gözləyin.
Aysel
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












