Koronavirusu təsirsiz hala gətirən Qara çay

Corciya Universitetinin alimləri müəyyən ediblər ki, süd və şəkərsiz çay tüpürcəkdə “SARS-CoV-2”ni təsirsiz hala sala bilər ki, bu da virusun aşağı tənəffüs sisteminə daxil olmasına qismən mane olur. Araşdırmanın nəticələri Food and Environmental Virology (FEV) jurnalında dərc olunub.
ABŞ alimlərinin tədqiqatının məqsədi beş növ çayın (yaşıl, qara, moruq, evkalipt və nanə) antibakterial və antiviral xüsusiyyətlərini öyrənmək olub.
Tədqiqatçılar süd və şəkər əlavə edilmədən fincanlara hər növdən paket çay tökərək dəmləyiblər. On dəqiqədən sonra sınaq borularındakı koronavirusa yoluxmuş insanların tüpürcək nümunələri fincanlara əlavə edilib.
Təcrübənin nəticələri göstərib ki, bütün beş növ çay tüpürcək nümunələrində 10 saniyə qaldıqda virusun aktivliyi ən azı 96% azalıb. Qara çay ən aydın antiviral xüsusiyyətlərə malik olub. O, “SARS-CoV-2”ni 99,9% zərərsizləşdirib.
Alimlər qeyd ediblər ki, virus əvvəlcə ağızda çoxalır və ağciyərlərə çatmazdan əvvəl orofarenksdən keçir. Lakin, onun ağızda inaktivasiyası aşağı tənəffüs sisteminə nüfuz etmənin qarşısını ala bilər.
Tədqiqatçıların fikrincə, çay antibakterial və antiviral təsirini tərkibindəki polifenollara, xüsusi bitki birləşmələrinə borcludur.
“Reoprt”
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












