Kosmik teleskop 17 asteroiddə su aşkarlayıb

Yaponiyanın Kobe Universitetinin tədqiqatçılar qrupu "Akari" infraqırmızı peykindən istifadə edərək ilk dəfə 17 asteroiddə hidratlaşdırılmış şəkildə olan minerallar aşkarlayıb. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, kəşf Günəş sistemində suyun paylanmasını, asteroidlərin təkamülünü və Yerdə suyun mənşəyini anlamağa kömək edəcək. Bu yaxınlarda keçirilən tədqiqatlar göstərib ki, Günəş sisteminin göy cisimlərində bu və ya digər formalı su mövcuddur. Hesab olunur ki, asteroidlər Yerə su gətirən obyektlərdir. Alimlərin sözlərinə görə, su asteroidlərin səthindən axmasa da, onlarda suyun və susuz süxurların kimyəvi reaksiyaları nəticəsində yaranan hidratlaşdırılmış minerallar (kristalhidratlar) şəklində mövcuddur. Hidratlaşdırılmış minerallar hətta su buzunun yüksək sublimasiya temperaturunda dəyişməz qalır.
Məlumata görə, Yaponiyanın "Akari" infraqırmızı peyki 2-5 mikrometr infraqırmızı diapazonda spektrləri öyrənməyə imkan verən infraqırmızı kamera ilə təchiz edilib. Bu unikal funksiyadan istifadə edən ekspertlər 66 asteroidin spektroskopik müşahidəsini aparıblar. Tədqiqat 17 asteroiddə suyun mövcudluğunu təsdiq edib. Bütün qanunauyğunluqları sonadək öyrənmək üçün alimlər daha çox asteroidi müşahidə etməli və onların Yerdə toplanan meteoritlərlə müqayisəsini aparmalıdırlar. Tədqiqat müəllifləri bildirib ki, bu sirrin üstünü açmaqla bəşəriyyət Yerdə suyun mənbəyinin müəyyənləşdirilməsi və planetdə həyatın necə əmələ gəlməsinin başa düşülməsi istiqamətində əhəmiyyətli addım atmış olacaq.
Cəmi bir ədəd istehsal olunan bu avtomobil 2 milyon manatdan baha satıldı - FOTO
Beynəlxalq təşkilat uçuşların təhlükəsizliyi ilə bağlı xəbərdarlıq etdi
“Türk Dövlətləri Təşkilatının özünə aid himni olmalıdır” – Rəşad Məcid - VİDEO
Rusiyada xarici təyyarələrlə bağlı daha bir QADAĞA
Svetoforların düzgün idarə olunması tıxacları azalda bilər – ARAŞDIRMA
“Apple CarPlay” və “Android Auto” niyə avtomobillərdən çıxarılır? – Səbəbi AÇIQLANDI
“Lexus” sürəndə hörmət qoyanlar “Changan”da adamı bezdirirlər – Nazilə Səfərli - VİDEO
Daha bir marka tarixə qovuşa bilər
“Rettungsgasse” bizdə də ola bilərmi? - VİDEO
ABŞ-də bu avtomobillər 85 qəpikdən hərraca çıxarıldı – MARAQLI
Yollarda səs-küyün qarşısını belə almaq olar – TƏKLİF











