"Kosmosdayam, Yerə enməliyəm" deyib sevgilisinə bu qədər pul atdı

Yaponiyada dünya tarixinə düşəcək dələduzluq baş verib.
Avtosfer.az xarici KİV-ə istinadən bildirir ki, dələduz kişi sosial şəbəkədə özünü rusiyalı kosmonavt kimi təqdim edərək, 65 yaşlı qadınla eşq macəraları yaşayıb. Qadın Yaponiyanın Şiqa əyalətində yaşayırmış. Dələduzluq edən kişinin sosial şəbəkə hesabı kosmosa aid fotolarla dolu olub və qadın da onun “kosmonavtam” sözünə inanıb.
Cütlüyün “sevgi macəraları” bu ilin iyul ayından oktyabr ayına qədər davam edib. Hətta o, cinayət əməlini yerinə yetirmək üçün romantikaya da yer ayırıb. Belə ki, o, qadına evlilik də söz verib. Danışıqların birində kişi qadına hazırda kosmosda olduğunu deyib. O, qadından Yer kürəsinə düşməsi üçün 30 min dollar (təxminən 51 min manat) pul istəyib. Qadın da dələduzun bu “ağlagəlməz” yalanına inanıb və istədiyi məbləği ona göndərib. Ancaq bu istək son olmayıb. Belə ki, dələduz kişi qadını aldadaraq, pul tələblərinə davam edib.
Sonradan aldandığını görən 65 yaşlı qadın polisə müraciət edib.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












