Kuryerlər "Wolt"u boykot edir

Bakıda qida çatdırılması ilə məşğul olan bir qrup kuryer bir həftədir işə çıxmaqdan imtina edir. Buna səbəb kuryer-partnyor kimi çalışqdıları ''volt'' şirkətinin ödəniş və digər məsələlərlə bağlı qaydalarında dəyişikliklər etməsi olub. Kuryerlərin iddialarına şirkətdən də münasibət bildirilib.
Dünyaca məhşur olan ''Volt'' şirkətinin Bakıda bir neçə kuryeri bir həftədir ki, işə çıxmaqdan imtian edir. Həmin kuryerlər bununla bağlı ''Xəzər Xəbər''ə şikayət edib. Onların iddialarına görə, avqustun 27-ə kimi hər şey öz qaydasında olub. Həmin tarixdən sonra, şirkət ödəniş modelinə dəyişikliklər edib. Bu isə kuryerləri narazı salıb.
Yeni qaydaya görə, bir kilometrdən əlavə məsafələr üçün hər 100 metrə görə 3 qəpik təyin edilib. Kuryerlər də bu məbləği az hesab edirlər.
Şikayətçilər iddia edirlər ki, dəfələrlə ''Volt'' şirkətinin yerli nümayəndəliyinə müraciət etsələr də, problem həll olunmur. Kuryerlər şikayətçi olduqları problemin həlli üçün öz təkliflərini də irəli sürüblər.
Kuryerlərin iddiaları ilə bağlı Şirkətin Baş meneceri Tofik Süleymanov ''Xəzər Xəbər''ə bildirdi ki, bu kuryer qrupu öz narazılığını başqa kuryerlərə maneəçilik törətməklə büruzə verirlər. Yəni onlar populyar restoranların qarşısında yığışaraq işləmək istəyən kuryer-partnyorlara sifarişləri götürməyə imkan vermirlər. Şirkətin ödəniş modelinə edilən dəyişikliklərə gəlincə isə, Tofiq Süleymanov dedi ki, yeni modelə əsasən, kuryerin həm müştəriyə, həm də restorana və ya mağazaya qədər qət etdiyi məsafə naviqator əsasında hesablanır. Əsas dəyişiklik məhz budur: öncə məsafə düz xətt ilə, indi isə naviqatora əsasən qurulmuş marşrut üzərindən hesablanır. Bu da kuryer-partnyorların xahişi əsasında edilib. Baş menecer onu da bildirdi ki, eyni zamanda çatdırılan bir neçə sifariş üçün tək ödəniş olunması barədə iddialar həqiqəti əks etdirmir.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












