Ləngimələrə görə sərnişinlərə təzminat - 6 milyard dollar

Avropa İttifaqı ölkələrinin aviasiya şirkətləri uzaq məsafəli uçuşlar zamanı təyyarələrdə yaranmış texniki problemlərlə bağlı üç saat və ya daha çox ləngimələrə görə sərnişinlərə 6,22 milyard dollar məbləğində təzminat ödəməli olacaq. AzərTAc TASS informasiya agentliyinə istinadla xəbər verir ki, Böyük Britaniya Ali Məhkəməsi bu barədə qərarı aviaşirkətlərlə sərnişinlər arasında dörd il sürən məhkəmə çəkişmələrindən sonra çıxarıb. Avropa İttifaqında qüvvədə olan qanuna əsasən uzaq məsafəli uçuşlar zamanı təyyarə mənzil başına vaxtından üç saat gec çatdıqda hər bir sərnişin 752 dollaradək təzminat almaq hüququna malikdir. Lakin bu qanun fövqəladə hallar, o cümlədən pis hava şəraiti, yaxud əməkdaşların tətili səbəbindən baş verən ləngimələrə şamil edilmir.
Qanunun qüvvəyə mindiyi 2004-cü ildən bəri aviasiya şirkətləri ləngimələri müxtəlif adlarla “fövqəladə hallar” sırasına daxil edərək kütləvi şəkildə kompensasiya ödəməkdən imtina etmişdilər. Sərnişinlərin qaldırdıqları məhkəmə iddiaları 6 il ərzində Avropa aviaşirkətləri tərəfindən dondurulmuşdu.
Bu arada Londonun “Daily Mail” qəzeti yazır ki, aviasiya kompaniyaları təyyarə biletlərinin qiymətlərini qaldırmaqla, bu xərcləri gələcək sərnişinlərin üzərinə ata bilər.
3 alimin proqnozu yalan oldu: DÜNYANIN SONU GƏLMƏDİ
Yarım əsrə yaxındır 190 avtomobil dənizin dibində qalıb: Səbəbi hər kəsi TƏƏCCÜBLƏNDİRİR
"Android Auto" istifadəçiləri bu problemlə üzləşib: "Google" araşdırır
Bakı funikulyorunun maraqlı iş prinsipi: İki vaqon bir-birinə necə kömək edir? – VİDEO
Bakıda tıxacların görünməyən üzü: İnsanlar nə qədər vaxt və pul itirir? – ARAŞDIRMA
Hakerlər iki avtomobili ələ keçirdi: Qapılarını açıb mühərriki işə saldılar
Bu halda avtomobilə dəymiş ziyanı kim ödəməlidir? - EKSPERTDƏN AÇIQLAMA
Canlı yayım zamanı avtomobil butikə çırpıldı - VİDEO
Bakıda inək yola çıxaraq sürücülərə çətin anlar yaşatdı - VİDEO
İrəli və geri sürəti eyni olan sovet motorolleri - FOTO
Radarın yanında əyləci basmaq sürücünü cərimədən xilas edirmi? - VİDEO












